Icma.az
close
up
RU
Almaniya ABŞ ın təsir dairəsindən çıxdıqdan sonra Avropada daha çox güclənmiş bir ölkəyə çevriləcək

Almaniya ABŞ ın təsir dairəsindən çıxdıqdan sonra Avropada daha çox güclənmiş bir ölkəyə çevriləcək

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Almaniya Vaşinqtonun artıq etibarlı tərəfdaş olmadığına görə, ABŞ-dan 113 milyard avro dəyərində olan 1200 ton qızılı geri almaq istəyir”. Bu barədə “Politico” yazır. Berlin onilliklərdir ki, dünyanın ikinci ən böyük ehtiyatlarını Manhettendəki dərin yeraltı anbarda saxlayır. “Hökumət Trampın gözlənilməz siyasətindən şoka düşüb və artıq Amerikanı etibarlı tərəfdaş hesab etmir. Almaniya dünyada ikinci ən böyük qızıl ehtiyatına malikdir və bu ehtiyatların 37%-ni ABŞ-da saxlayır ki, zərurət yaranarsa, ölkənin hakimiyyət orqanları qızılı dollara və ya hər hansı digər sərt valyutaya dəyişdirə bilər”, - deyə nəşr yazır. Almaniyanın Manhetten ehtiyatlarının 113 milyard avro dəyərində olduğu təxmin edilir ki, bu da ölkənin qlobal qızıl ehtiyatlarının 30 faizini təşkil edir. Qızıl ehtiyatlarının daha 13 faizi Londonda saxlanılır. Tramp administrasiyasının böhranından əvvəl qızılın ABŞ anbarında saxlanması ağıllı bir addım hesab olunurdu, çünki “böyük bir böhran halında lazım gələrsə, dollar likvidliyinə çıxış təmin edirdi”.Almaniya ABŞ-ın Ukraynaya etdiyi "yeraltı sərvət" təzyiqinə iqtisadi cavab verir, yoxsa Almaniya ABŞ-ın təzyiq və təsir dairəsindən çıxmaq üçün Avropanın əlini gücləndirir?

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trampın öz iqtisadi tərəfdaşlarına və müttəfiqlərinə qarşı gömrük və vergi rüsumu tətbiq etməsi Almaniyanın ABŞ-da qızıl ehtiyatlarının geri gətirilməsinə əlbəttə səbəb olur. Həmçinin Almaniya artıq ABŞ ın strateji tərəfdaşa müttəfiq olmadığını, konkret olaraq öz iqtisadi maraqlarından çıxış etdiyinin fərqindədir. Bu səbəbdən də, Almaniya hökuməti belə bir qərar qəbul etdi. Politoloq vurğulayıb ki, təbii ki, bu qərar ABŞ-da iqtisadi inkişafa təsir edəcək və digər ölkələrin də ABŞ-dan öz qızıl ehtiyatlarını və sərmayələrini çıxarmasına gətirib çıxaracaq.

Məhəmməd Əsədullazadə

“Göründüyü kimi, Donald Trampın gömrük, vergi və iqtisadi siyasət bir növ ABŞ-ın öz müttəfiqləri ilə əlaqələrin qurulmasına gətirib çıxarır. Donald Trampın Avropa İttifaqı ölkələrinə tətbiq etdiyi gömrük rüsumu əlbəttə ki, təkcə Almaniya yox, digər Avropa dövlətlərinin də eyni analoji addımlar atmasına gətirib çıxaracaq. Həmçinin ABŞ-ın müttəfiqlərinə qarşı da həyata keçirdiyi siyasi təzyiqdən dolayı bu addım atılır. Almaniyanın yeni kansleri tamamilə ABŞ-dan qopmaq istiqamətində addımlar atacaq, ordunu gücləndirəcək, hətta nüvə silahı əldə edəcək”-deyən politoloq qeyd edib ki, Almaniya Donald Trampın müttəfiqlərinə qarşı bu siyasətindən sonra daha da çevik qərarlar çıxardı. Məhəmməd Əsədullazadənin fikrincə, bu qərar Almaniyanın Avropada daha da söz sahibi olmasına gətirib çıxaracaq.

Məhəmməd Əsədullazadə qeyd edib ki, hazırda proseslər bu istiqamətdə gedir: “Ümumiyyətlə, Almaniya ABŞ-ın təsir dairəsindən çıxdıqdan sonra Avropanın daha da güclənmiş bir ölkəsinə çevriləcək”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Aprel 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri