Icma.az
close
up
RU
“Azərbaycan Cənubi Qafqazda daha qüdrətli ölkəyə çevriləcək” Deputat

“Azərbaycan Cənubi Qafqazda daha qüdrətli ölkəyə çevriləcək” Deputat

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Vaşinqtonda Amerika prezidenti Donald Trampın vasitəçliyi ilə Azərbaycan lideri İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün baş tutması, iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin paraflanması ölkəmiz, dövlətimiz və xalqımız üçün böyük bir hadisədir”.

Bunu Bakıvaxtı.az-a deputat Cavanşir Paşazadə bildirib.

Deputat diqqətə çatdırıb ki, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət və bu siyasətin aydın təzahürünü gördük, görürük:

“44 günlük Vətən savaşında prezidentimizin göstərdiyi qətiyyət, ölçü-biçili və uğurlu qərarlar, dünyaya verdiyi cəsarətli və uzaqgörən mesajlar, ərazilərimizin işğaldan azad edilməsi Azərbaycan xalqının Ali Baş Komandana olan etimadını, sevgisini daha da yüksəltdi. “Dəmir yumruğ”un nəyə qadir olduğunu bir daha ortaya qoydu. Prezident bütün çıxışlarında qeyd edirdi ki, bizim hansısa ölkənin ərazisində gözümüz yoxdur, biz torpaqlarımızı separatçılardan, vandallardan təmizləyirdik və təmizlədik. Qüdrətli Azərbaycan ordusunun şücaəti, müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsi və yorulmaz səyləri nəticəsində döyüş meydanlarında istəyimizə nail olduq”.

Parlament üzvü xatırladıb ki, 44 günlük zəfərdən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli sənəd imzalandı. Buna rəğmən Ermənistan bu sənəddə yer alan bəndlərə bəzən məhəl qoymurdu, bəzi məsələlərlə bağlı süründürməçiliyə yol verirdi:

“Minalı sahələrin xəritəsi verilmirdi, şərti sərhədlərdə atəş səsləri eşidilirdi və başqa təxribatlara əl atılırdı. Məhz buna görə də ordumuz anti-terror əməliyyatı həyata keçirib, torpaqlarımızı separatçı qüvvələrdən təmizlədi. Xankəndi azad edildi və bununla da Azərbaycan bütünləşdi, bütövləşdi. Ali Baş Komandan mətbuata müsahibələrində, sakinlərlə görüşlərdə bildirirdi ki, Zəngəzur dəhlizi açılacaq, biz ora tanklarla deyil, maşınlara gedəcəyik. Allaha şükür ki, bu arzumuz də yerinə yetir, yetdi. Əlbəttə, bu prosesdə prezident çox böyük diplomatik əzmkarlıq, diplomatik iradə nümayiş etdirdi. Doğrudur, Amerikanın əvvəlki liderləri vəziyyəti daha da, gərginləşdirməyə, Cənubi Qafqazda sülhün əldə olunmasına müəyyən mənada qarşı çıxırdı. Amma ABŞ-nin hazırki prezidenti Donald Tramp Cənubi Qafqazın “açar” dövləti olan Azərbaycanın potensialı və perspektivlərini düzgün qiymətləndirərək, Cənubi Qafqazın bir sülh adasına çevrilməsinə təşəbbüs göstərdi. Əlbəttə, Trampın Azərbaycana olan münasibətindəki müsbət dönüş nöqtələri, “907-ci düzəliş”in aradan götürülməsi məhz cənab prezidentimizin diplomatik bacarıqlarının təntənəsidir. Sözügedən sazişin paraflanması, Zəngəzur dəhlizinin açılması, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması Azərbaycan üçün böyük bir avantaj və uğurdur. Bu uğurun da memarı Ali Baş Komandan İlham Əliyevdir. Bir sözlə, döyüş meydanlarında olduğu kimi diplomatik meydanda və masada da məharətimizi nümayiş etdirib, qələbə qazandıq”.

C.Paşazadə vurğulayıb ki, dünya ölkələri SSRİ dönəmində ittfaqın tərkibindəki 15 respublikanın hər birində problemlərin mövcud olduğunu bilir: 

“Çünki həmin dönəmdə bu problemləri yaratmaq SSRİ-nin öz siyasəti idi. Azərbaycan SSRİ-nin tərkibindən ayrılan ölkələr sırasında ilk dövlətdir ki, öz hüququnu, müstəqillik, istiqlaliyyət, azadlıq və ərazi bütövlüyünü təmin edib. Bu gün öz torpaqlarımızın sahibiyik”.

Müsahibimiz hesab edir ki, Vaşinqton görüşü, “907-ci düzəliş”in ləğvi və Zəngəzur dəhlizinin açılması Amerika kimi nəhəng bir dövlətin Azərbaycana göstərdiyi etimaddır və bu, özlüyündə böyük bir hadisədir:

“Qalib Azərbaycan üçün xeyirli-uğurlu olsun”.

Deputat Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin ətraf ölkələrdə müəyyən qıcıq doğurduğu vurğulayıb. Dediyinə görə, bəzi qonşu ölkələr prosesə mane olmağa çalışırlar:

“Amma bu baş tutmayacaq, çünki “ox yaydan çıxıb”. Bu “oxu” geri qaytarmağa heç bir dövlətin gücü çatmaz. Sazişin mətni ilə də tanış olduq. Azərbaycan dövlətinin milli maraqlarından bir addım belə kənara çıxmayan, milli maraq, təhlükəsizliyimiz və ərazi bütövlüyümüzə tamamilə adekvat olan sənəddir. Əlbəttə, Ali Baş Komandanın özünün söylədiyi kimi, nəyi, nə zaman və necə həll edəcəyini məhz Prezidentimiz daha yaxşı bilir. Biz bundan sonra da prezidentin uğurlu və proqressiv siyasətinə güvənməli və Ali Baş Komandanın Azərbaycan üçün, Azərbaycanın tərəqqisi, intişarı yolunda atdığı addımlara dəstəyimiz ifadə etməliyik, “Dəmir yumruq” ətrafında sıx birləşməliyik. Allahın hökmü, Ali Baş Komandanın səyi ilə Azərbaycan bundan sonra daha güclü və qüdrətli ölkəyə çevriləcək. Azərbaycan xalqı daim məğrur xalq kimi yaşayacaq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə və cənab Ali Baş Komandana can sağlığı arzu edirəm. Allah dualarımızı qəbul edib. Biz bundan sonra bölgədə iqtisadi, siyasi, mədəni və diplomatik cəhətdən daha qüdrətli ölkəyə çevriləcəyik”.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Avqust 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri