Icma.az
close
up
RU
Dərd etməyə dəyməz: Gürcüstan Avropada hörmət göstərilən bir dövlətə çevriləcək

Dərd etməyə dəyməz: Gürcüstan Avropada hörmət göstərilən bir dövlətə çevriləcək

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq münasibətlər sistemində müşahidə olunan gərginlik və güc balansındakı dəyişikliklər xüsusilə kiçik və orta dövlətlərin xarici siyasət seçimlərinə birbaşa təsir göstərir. Bu müstəvidə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib ki, “Həqiqətə hörmət və tənqidə açıq olmadan heç bir Avropa mövcud ola bilməz”.

Spiker Avropa İttifaqını Gürcüstanla dialoqdan yayınmaqda ittiham edib. 

Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyi bundan əvvəl bəyan edib ki, noyabrın 21-də Brüsseldə keçirilməsi planlaşdırılan insan haqlarına dair Gürcüstan-Aİ dialoqu iclasını Brüssel təxirə salıb. Nazirliyə görə, tədbirin təxirə salınması Brüsselin Gürcüstanın mövqelərini dinləməyə hazır olmadığını göstərir.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında Avropanın qərb qanadının bir qayda olaraq diktə etməyə öyrəşdiyini söyləyib: 

"Onlar çalışırlar ki, məhz özləri şərtləri müəyyən etsin, Gürcüstan kimi yeni demokratiyalar isə “ləbbeyk” desin. Təbii ki, artıq o dövr arxada qalıb və onların bunu anlaması lazımdır. Əgər dialoqdan söhbət gedirsə, əlbəttə ki, qarşı tərəfin fərqli mövqelərini dinləməyə hazır olmalıdırlar. Təəssüf ki, biz hələ də bunu bu şəkildə görürük. Azərbaycanın da başına belə hallar az gəlməyib. Bu gün də bəzi qərb mərkəzləri Azərbaycanla eyni ritorika ilə danışmağa cəhd edirlər. Təbii ki, Azərbaycan artıq öz mövqelərini kifayət qədər möhkəmləndirib və əvvəlki kimi üzərimizə gələ bilmirlər. Amma Gürcüstan hazırda beynəlxalq səviyyədə daha zəif vəziyyətdədir. Ona bir tərəfdən Rusiya təzyiq edir, digər tərəfdən isə Qərb sıxışdırır. Gürcüstanın bu duruma düşməsinin səbəbi də, əlbəttə ki, torpaqlarının hələ də işğal altında qalmasıdır. Abxaziya və Cənubi Osetiya Rusiyanın nəzarəti altındadır. Necə ki, bir zamanlar Qarabağ Ermənistanın və onun havadarı Rusiyanın işğalı altında idi və biz də həmin dövrdə geniş hərəkət imkanlarına malik deyildik. Bu baxımdan, Gürcüstanın durumu heç də qibtə ediləcək deyil".

Analitik bütün bunların keçici xarakter daşıdığını bildirib: 

"Zaman gələcək, bu problemlər kökündən həllini tapacaq. Gürcüstan da inteqrasiya etməyə çalışdığı Avropada söz sahibi olan, hörmət göstərilən bir dövlətə çevriləcək. Biz artıq bu mərhələni yaşamış bir ölkənin vətəndaşı kimi həmin perspektivi görürük. Ona görə də bunu dərd etməyə dəyməz".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Noyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri