Almaniya gəmiləri Qırmızı dənizə yollandı: Hədəf Hörmüz boğazı
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi Hörmüz boğazında mümkün missiyada iştirak üçün Qırmızı dənizə doğru irəliləyir.
Avtosfer.az xəbər verir ki, bu barədə TASS Almaniyanın müdafiə naziri Boris Pistoriusun jurnalistlərə verdiyi açıqlamasına əsasən məlumat yayıb.
"Yaxşı xəbərlə başlayım: mən burada danışarkən "Fulda" mina gəmimiz və "Mosel" köməkçi gəmisi Süveyş kanalından keçərək Qırmızı dənizə doğru hərəkət edir", - deyə Pistorius bildirib.
Nazirin sözlərinə görə, gəmilər Hörmüz boğazında mümkün əməliyyata hazırlıq mövqeyi tutmaq üçün bölgəyə göndərilib.
"Əgər ehtiyac yaranarsa, Hörmüz boğazında dərhal hərəkətə keçmək istəyirik", - deyə o əlavə edib.
Pistorius qeyd edib ki, gəmilərin yerdəyişməsi üçün Bundestaqın xüsusi mandatı tələb olunmur, çünki bu, Avropa İttifaqının (Aİ) "Aspides" missiyası çərçivəsində baş verir.
"Şərtlər aydınlaşanda Bundestaqa müraciət edib mandat istəyəcəyik. Bunun nə vaxt baş verəcəyi hələ bəlli deyil", - deyə nazir vurğulayıb.
Daha əvvəl "Der Spiegel" jurnalı yazmışdı ki, Almaniya hökuməti Bundesverin Hörmüz boğazındakı missiyada mümkün iştirakı ilə bağlı qətnamə layihəsi hazırlayıb və sənəd mandat almaq üçün Bundestaqa göndəriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 18 İyun 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















