Icma.az
close
up
RU
Almaniya hökuməti ilk Milli Kosmik Təhlükəsizlik Strategiyasını qəbul edib

Almaniya hökuməti ilk Milli Kosmik Təhlükəsizlik Strategiyasını qəbul edib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Berlin, 19 noyabr, AZƏRTAC

Almaniya hökuməti ilk Milli Kosmik Təhlükəsizlik Strategiyasını qəbul edib.

AZƏRTAC Almaniya Xarici İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, strategiya beynəlxalq tərəfdaşlarla kosmik layihələrin həyata keçirilməsindən tutmuş peyk şəbəkələrinin genişləndirilməsinə və kosmosda dövlətlərin məsuliyyətli davranışının təşviqinə qədər təhlükəsizlik üçün bütün vacib istiqamətləri əhatə edir. Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilən strategiyanın məqsədi Avropa İttifaqı, NATO və digər qlobal tərəfdaşlarla birlikdə kosmosda daha çevik və müdafiə qabiliyyətli fəaliyyətin həyata keçirilməsidir.

Strategiyanın əsas hissəsi Almaniyanın kosmik sistemlərinin, o cümlədən peyklərin və müvafiq infrastrukturun qorunmasını, eləcə də müdafiə öhdəlikləri çərçivəsində hərbi kosmik əməliyyatlar aparmaq imkanlarının gücləndirilməsini nəzərdə tutur.

Almaniyanın müdafiə naziri Boris Pistorius rəhbərlik etdiyi qurumun yaxın illərdə kosmos sahəsinə təxminən 35 milyard avro həcmində investisiya yatıracağını bildirib. Xarici işlər naziri Yohann Vadeful isə kosmosun artıq həm hərbi qarşıdurmaların, həm də iqtisadi rəqabətin aparıldığı məkan olduğunu qeyd edərək, Almaniyanın kosmosda da öz maraqlarını qorumasının həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Strategiyanın əsas istiqamətlərinə təhlükə və risklərin müəyyən edilməsi və fəaliyyət variantlarının hazırlanması, beynəlxalq əməkdaşlıq və kosmosda davamlı qayda-qanunun təşviqi, eləcə də çəkindirmə imkanlarının gücləndirilməsi, müdafiə qabiliyyətinin və dayanıqlılığın artırılması daxildir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 06:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri