Icma.az
close
up
RU
ABŞ Milli Təhlükəsizlik Strategiyasını AÇIQLADI Çinə sərt MESAJ

ABŞ Milli Təhlükəsizlik Strategiyasını AÇIQLADI Çinə sərt MESAJ

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ administrasiyası tərəfindən Milli Təhlükəsizlik Strategiyası açıqlanıb. Sənəddə Vaşinqtonun qlobal prioritetlərində dəyişiklik olduğu görünür.
 

Maraqlıdır ki, yeni Strategiyada ABŞ-ın Avropaya və Rusiyaya münasibəti xeyli dəyişir. Belə ki, ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası Avropanı Rusiyanın təhdidi qarşısında tək qoyur.


Bizim.Media xəbər verir ki, General və ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı Ben Hodges Studio West “Espresso”ya müsahibəsində bu barədə ətraflı danışıb.
Generalın sözlərinə görə, açıqlanan sənəd Vaşinqtonun siyasətindəki dəyişikliyi açıq şəkildə nümayiş etdirir və Avropa müttəfiqlərinə gizli, lakin olduqca birmənalı mesaj verir.
 

"ABŞ administrasiyası tərəfindən açıqlanan Milli Təhlükəsizlik Strategiyasında mənə görə Avropaya “böyük orta barmaq” göstərilir. Əslində, açıq şəkildə deyilir: Avropa, sən təksən" deyə Hodges bildirib.


O qeyd edib ki, birbaşa ifadə olunmasa da, sənədin ümumi alt mətni Avropanın əslində Rusiyanın təsir dairəsində qaldığı təəssüratını yaradır.
General qeyd etdi ki, ABŞ strategiyası Qərb yarımkürəsini - Şimali, Mərkəzi və Cənubi Amerika ərazilərini öz maraq dairəsi kimi açıq şəkildə müəyyən edir.
 

"Biz bunu Karib dənizindəki Venesuelaya qarşı hərəkətlərində və Qrenlandiya və Kanada ilə bağlı müzakirələrində görürük. Bunların hamısı administrasiyanın dünyaya necə baxdığının göstəriciləridir", - deyə Hoces izah edib.


Onun sözlərinə görə, bu yanaşma ABŞ Müdafiə Nazirliyinin yenidən təşkili və hərbi resursların yeni bölgüsü ilə də təsdiqlənir.
Eyni zamanda, general hesab edir ki, Vaşinqtonun Rusiyaya qarşı mövqeyi Avropanın təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməsini nəzərdə tutur.
"Görünür, ABŞ Avropaya “Özünüz həll edin” deyib. Eyni zamanda, ABŞ-ın NATO-ya nə qədər sadiq qaldığını anlamaq çətindir", - deyə o vurğulayıb.

ABŞ-ın Çinə qarşı siyasətini şərh edən Hoces qeyd etdi ki, Vaşinqtonun Sakit okean üzərində nəzarəti Pekinə vermək niyyəti yoxdur. Eyni zamanda birbaşa hərbi qarşıdurmaya hazırlığı şübhəli görünür.


General yekun olaraq bildirib ki, "Administrasiyanın dediklərindən və etdiklərindən belə bir təəssürat yaranır ki, ABŞ Sakit okeanda ticarət edə və fəaliyyət göstərə bildiyi müddətcə, məsələn, Tayvan uğrunda döyüşmək istəməyəcək".
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Dekabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri