Icma.az
close
up
RU
Almaniya ilə əməkdaşlıqda tranzit bölməsinin çəkisi artır

Almaniya ilə əməkdaşlıqda tranzit bölməsinin çəkisi artır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda bu mövzuda Bağlantı Konfransı keçiriləcək

Bu il oktyabrın 6-da Bakıda “Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, “yaşıl enerji” və rəqəmsallaşdırma üçün maliyyənin səfərbər edilməsi” mövzusunda Almaniya–Azərbaycan Bağlantı Konfransı keçiriləcək. Bu barədə Alman–Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) məlumat yayıb.

Bildirilib ki, konfransın əsas məqsədi Almaniya ilə Azərbaycan arasında ikitərəfli və regional iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək, eyni zamanda, Azərbaycanda və bütövlükdə regionda dayanıqlı inkişafı dəstəkləmək üçün Almaniya və Avropanın maliyyə resurslarını, texnoloji potensialını və ekspert təcrübəsini səfərbər etməkdir.

Tədbirdə Almaniya, Azərbaycan və digər tərəfdaş ölkələrdən hökumət nümayəndələrinin, maliyyə institutlarının, layihə təşəbbüskarlarının və biznes liderlərinin iştirakı nəzərdə tutulur. Onlar investisiya imkanlarını müzakirə etməklə yanaşı, Orta Dəhliz boyunca infrastrukturun inkişafı, enerji keçidi və rəqəmsal bağlantının gücləndirilməsi istiqamətində strateji layihələrin maliyyələşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar. Konfrans proqramına yüksək səviyyəli plenar sessiyalar, tematik panel müzakirələri, B2G (biznes–hökumət) və B2B (biznes–biznes) görüşləri, eləcə də investisiyaya hazır layihələrin irəli aparılmasına xidmət edən şəbəkələşmə (networking) tədbirləri daxildir.

Xatırladaq ki, Orta Dəhlizin yaradılması ideyası 2000-ci illərin əvvəllərində Mərkəzi Asiya, Xəzər hövzəsi və Cənubi Qafqazı Çin və Avropa ilə birləşdirmək məqsədilə irəli sürülüb. Layihənin inkişafında ilk mühüm mərhələ 2014-cü ildə Trans-Qazaxıstan dəmir yolunun istifadəyə verilməsi oldu. Daha sonra, 2017-ci ildə Bakı–Tbilisi–Qars dəmir yolu istismara açıldı və bununla da uzun illərdən sonra Qafqazı keçən beynəlxalq dəmir yolu bağlantısı bərpa edildi.

Orta Dəhlizdən tam istifadənin başlanğıcı isə 2020-ci ilə təsadüf edir. Həmin il Türkiyədən Çinə bu marşrut üzrə hərəkət edən ilk yük qatarı təyinat məntəqəsinə çatdı. 2020–2021-ci illərdə dəhliz üzrə yükdaşımaların həcmi təxminən 350 min tondan 530 min tona yüksəldi. Əsl dönüş nöqtəsi isə 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması və Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalar oldu. Nəticədə beynəlxalq yük axınının əhəmiyyətli hissəsi alternativ marşrutlara yönəldi və Orta Dəhliz üzrə daşınan yüklərin həcmi cəmi bir il ərzində 500 min tondan 1,5 milyon tondan çox səviyyəyə yüksəldi. Artım sonrakı illərdə də davam etdi və 2025-ci ildə marşrut üzrə ümumi yükdaşımaların həcmi 4,12 milyon tona çatdı ki, bu da 2021-ci illə müqayisədə təxminən, 8 dəfə çoxdur. Proqnozlara görə, 2027-ci ilə qədər Orta Dəhlizin buraxılış qabiliyyəti illik 10 milyon ton həddinə çata bilər ki, bu da Azərbaycanın tranzit potensialını gücləndirəcək və infrastruktur layihələrinə əlavə investisiyaların cəlb edilməsi üçün imkanlar açacaq. TBNM vasitəsilə yükdaşımalar üzrə 2030-cu il üçün hədəf göstəricisi 11,4 milyon ton səviyyəsində müəyyən edilib.

Azərbaycanın Orta Dəhlizin inkişafına verdiyi töhfə və yaratdığı müasir nəqliyyat infrastrukturu ölkənin Avropa ilə Asiya arasında strateji tranzit qovşağı kimi mövqeyini daha da möhkəmləndirib. Məhz bunun nəticəsidir ki, Azərbaycanın regionun aparıcı nəqliyyat-logistika mərkəzinə çevrilməsi, Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu, eləcə də Xəzər hövzəsinin enerji təhlükəsizliyinə verdiyi töhfə Avropa dövlətlərinin, xüsusilə də Almaniyanın ölkəmizə marağını əhəmiyyətli dərəcədə artırıb. Bu gün Azərbaycan Almaniya üçün Çin, Mərkəzi Asiya, Uzaq Şərq və Cənub-Qərbi Asiya bazarlarına çıxış baxımından etibarlı tranzit tərəfdaşı hesab olunur. Ənənəvi nəqliyyat marşrutlarında geosiyasi risklərin artdığı şəraitdə isə Orta Dəhliz ixracyönümlü Almaniya iqtisadiyyatı üçün strateji alternativ marşrut kimi ön plana çıxır.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin iyulun 20–21-də Almaniyaya rəsmi səfəri çərçivəsində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Mertslə keçirdiyi yüksəksəviyyəli görüşlərdə müzakirə olunan əsas məsələlərdən biri də Orta Dəhliz layihəsi olub. Bu, Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında etibarlı nəqliyyat və logistika qovşağı kimi strateji əhəmiyyətinin Almaniya tərəfindən yüksək qiymətləndirildiyini bir daha göstərir.

Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Cənubi Qafqazın Avropa ilə Asiya arasında körpü rolunun getdikcə artdığını vurğulayaraq bildirib: “Yeni nəqliyyat və ticarət dəhlizləri birgə istifadə etmək istədiyimiz iqtisadi potensialı yaradır”.

Prezident İlham Əliyev isə çıxışında nəqliyyat və tranzit imkanları sahəsində Azərbaycan–Almaniya əməkdaşlığının böyük perspektivə malik olduğunu vurğulayıb: “Almaniya şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə edib. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bu gün imzalanmış Bəyannamənin icrası ilə bağlı fikir mübadiləsi əsnasında konkret təkliflər irəli sürülmüşdür. Bir neçə işçi qrupu yaradılacaq ki, bu gün imzalanmış sənədlər tezliklə həyatda öz əksini tapsın”.

İki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm addımlardan biri də Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin, həmçinin “Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə”nin imzalanması oldu. Yeni Biznes Şurası dövlət qurumları ilə özəl sektor arasında sistemli və davamlı dialoq platforması yaratmaqla yanaşı, investisiya, sənaye, logistika, enerji və digər sahələrdə əməkdaşlığın genişlənməsinə xidmət edəcək.

Sonda qeyd edək ki, Orta Dəhlizin gələcək perspektivlərini genişləndirəcək mühüm layihələrdən biri də Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsidir. Zəngəzur dəhlizi adı ilə məşhurluq qazanan bu layihənin həyata keçirilməsi Trans-Xəzər dəmir yolu daşımalarının Avropaya çıxış imkanlarını iki dəfədən çox artıracaq. Buda öz növbəsində Orta Dəhlizin rəqabət qabiliyyətini daha da yüksəldərək Azərbaycanın Avropa ilə Asiya arasında strateji logistika mərkəzi kimi mövqeyini daha da gücləndirə bilər.

Musa BAĞIRLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri