Icma.az
close
up
RU
Almaniya: kansler yenidən xanım ola bilər LGBT üzvü, nasist babanın nasist nəvəsi

Almaniya: kansler yenidən xanım ola bilər LGBT üzvü, nasist babanın nasist nəvəsi

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyada keçirilən son sorğulara görə, kansler postuna namizədlərin populyarlıq reytinqinə “Almaniya üçün Alternativ” partiyasının həmsədri Alis Vaydel başçılıq edir. Respondentlərin 24%-i ifrat sağçı Vaydelə səs verib və bu da ötən həftə ilə müqayisədə 3% çoxdur.

Alis Vaydel kimdir?

Sağçı “Almaniya üçün Alternativ” partiyasının nümayəndəsi Alis Vaydel ölkənin ən populyar on siyasətçisindən biridir. Maraqlıdır ki, onun tərəfdarları eynicinsli nikahlara və ciddi immiqrasiya nəzarətinə qarşı çıxsa da, qadının özü Şri-Lanka əsilli xanım prodüserlə evlidir və iki övladı var.
6 fevral 1979-cu ildə Şimali Reyn-Vestfaliyada, Güterslo şəhərində anadan olan Alisin atası mebel satıcısı olub. Ali təhsil alan qadın bir neçə il Çində olub və xüsusi təqaüd alıb. Odur ki, o, Çin dilini də mükəmməl bilir. Vaydel gəncliyində menecment departamentində analitik, 2012-ci ildən isə biznes məsləhətçisi işləyib. 2013-cü ildə sağ populistləri öz ətrafında birləşdirən “Almaniya üçün Alternativ” partiyasının sıralarına qoşulub.

Alisin karyera yüksəlişi onun həm partiyanın mülayim qanadının, həm də ifrat sağın nümayəndələri ilə ortaq dil tapmaq bacarığı ilə bağlıdır. 2022-ci ildə o, Tino Hrupalla ilə birlikdə partiyanın sədri seçilib.

Rus agenti, Marqaret Tetçerin fanatı

Qadın siyasətçinin partiyadakı fəaliyyəti və bəyanatları onun ideoloji rəqibləri tərəfindən daim müzakirə olunur. Müxaliflər Vaydeli Rusiya hökuməti ilə əlaqədə olmaqda ittiham edir, mətbuat onu “rus agenti” adlandırır. Xarici siyasətdə Alis güclü iqtisadiyyata malik olmayan ölkələrin Avropa İttifaqından çıxarılmasının tərəfdarıdır. O, İngiltərənin baş naziri Marqaret Tetçerin karyerasını nümunə kimi göstərib.

Alis Vaydel tez-tez ksenofobiyada ittiham olunur. O, miqrantların Avropa ölkələrinin yerli əhalisinin həyatına təsirini mənfi qiymətləndirir. Yerli avropalıların tezliklə başqa ölkələrin vətəndaşları ilə əvəzlənməsinə dair sui-qəsd nəzəriyyəsini dəstəkləyən partiya lideri Notr-Dam kilsəsindəki yanğının islam radikalları tərəfindən törədildiyini deyib, bu hadisəni qitədə xristianlığı məhv etmək üçün atılan addımlardan biri kimi qiymətləndirib.

Vaydel dəfələrlə Almaniyanın Rusiyaya qarşı sanksiya siyasətinə qarşı çıxıb. Onun sözlərinə görə, süni məhdudiyyətlər ölkə iqtisadiyyatına ziyan vurur. Bundestaqda çıxışı zamanı o, bildirib ki, rəsmi Berlin Ukraynaya silah verməkdən imtina etməli və daha balanslı xarici siyasət yürütməlidir: “Dərhal hərbi əməliyyatları dayandırmaq və danışıqlar masası arxasına oturmaq lazımdır”.

Almaniya müxalifətinin lideri Vaydel Şolts hökumətini ölkəni sənaye dövləti kimi məhv etməkdə ittiham edib. O, Rusiya qazının istehlakını azaltmaqla yanaşı, atom elektrik stansiyalarının tikintisindən imtinanı səhv addım adlandırıb. Alis həmçinin Avropa dövlətlərinin NATO-da rolunun gücləndirməsinin tərəfdarıdır.

Nasist babanın nasist nəvəsi

Alis İsveçrənin Bil şəhərində yaşayan Şri-Lanka əsilli rejissor və prodüser Sara Bossard ilə qeydə alınmış vətəndaş nikahında yaşayır. Eyni zamanda, “Almaniya üçün Alternativ” özünü ölkədə ailə dəyərlərini qorumağa çalışan və eynicinsli nikahlara qarşı çıxan tərəf kimi təqdim edib. 2023-cü ildə alman siyasətçinin özünü LGBT qrupunun nümayəndəsi hesab etmədiyi sözləri sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.

Alis özünü LGBT mühafizəkarlığının tərəfdarı adlandırıb və yetkinlik yaşına çatmayanlar arasında cinsi azlıqların təbliğinə qarşı çıxaraq, cütlüklərin uşaq sahibi olmasına müsbət yanaşıb. Vaydel vurğulayıb ki, onun fikri heç də həmişə partiyasının mövqeyi ilə üst-üstə düşmür. Öz növbəsində Vaydel və Bossard özlərini yaxşı valideyn adlandırıblar.

İndi Veydel hazırkı baş nazir Olaf Şoltsun əsas siyasi rəqibi olaraq qalır. Onun populyarlığına əsaslanaraq, 2024-cü il dekabrın əvvəlində partiya rəhbərliyi Alisin 2025-ci ilin fevralına planlaşdırılan seçkilərdə hökumət başçısı vəzifəsinə namizədliyi ilə razılaşıb.

Alis Veydelin babası Hans Vaydel SS bölməsində xidmət edib, eyni zamanda II dünya müharibəsi zamanı hakim vəzifəsində çalışıb. 1933-cü ildə nasistlərə qoşulan Hans Varşavada hərbi hakim kimi təhsil alıb və şəhərdə hərbi komendantlığının məhkəməsində işləyib. Bununla belə, Vaydeli sübutların çatışmazlığı səbəbindən cinayət məsuliyyətə cəlb etmək mümkün olmayıb.

Almaniya siyasəti sağa sürüşür

Alis Almaniya şəhərlərinin küçələrində qadınların burka və niqab geyinməsinin əleyhinədir. O, qadınlar üçün müsəlman geyimini cinslər arasında hüquqlardakı böyük fərqi göstərən seksist simvolla müqayisə edib.

Koronavirus peyvəndinin əleyhinə olan qadın siyasətçi Mərakeş əsilli almandilli reper Fərid Banqla tez-tez mübahisə edib. Musiqiçi treklərdən birində siyasətçini “Nasist qancığı” adlandırıb. Lider Adolf Hitler rejiminin tərəfdarlarının əməllərinə görə almanların indiki nəslinin məsuliyyət daşıdığına inanmır. Qadın II dünya müharibəsinə ölkəsinin məğlubiyyəti kimi baxıb və may bayramı tədbirlərində iştirak etməyi sevmir.

O, həmçinin Almaniya qanunlarını pozan miqrantlara qarşı tədbirlərin sərtləşdirilməsi və əcnəbilərə sosial dəstəyin ləğvi ilə bağlı sağçı mövqeyində qalıb.

Ötən həftənin sonunda ərəb əsilli miqrantın Almaniyanın Maqdeburq şəhərində törətdiyi terror aktı əslində Vaydel kimilərin hakimiyyətə yolunu açan hadisədir. İndi o və partiyadaşları miqrantlara qarşı ritorikanı gücləndirəcək, qorxmuş xalqın sevimlisinə çevriləcəklər. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Dekabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri