Icma.az
close
up
RU
Almaniya Kansleri seçki kampaniyasının sonuncu mərhələsində irqçilik ittihamı ilə üzləşib

Almaniya Kansleri seçki kampaniyasının sonuncu mərhələsində irqçilik ittihamı ilə üzləşib

Icma.az, Sia Az saytına istinadən bildirir.

Almaniyanın Kansleri, Sosial Demokrat Partiyasının (SPD) əsas namizədi Olaf Şolts fevralın 23-də keçiriləcək seçkilərə on gün qaldığı bir vaxtda irqçilik ittihamı ilə üzləşib. SİA xəbər verir ki, Kansler Berlinin mədəniyyət senatoru, Xristian Demokratlar İttifaqından (CDU) olan siyasətçi, Tanzaniya əsilli Co Çialonu ad günü məclislərinin birində “saray məzhəkəçisi” (Hofnarr) adlandırdığı iddiası ilə gündəmə gəlib.

Bu, CDU tərəfindən sərt tənqid olunub. CDU-nun lideri və Xristian Birlik partiyalarının (CDU/CSU) Kansler vəzifəsinə namizədi Fridrix Merts seçki kampaniyası çərçivəsində çıxışlarının birində bu hadisənin Olaf Şoltsun insanlara qarşı davranış tərzini göstərdiyini bildirib. “Həmişə hörmət tələb edən Kanslerimiz var, amma görünür ki, bunu ancaq özü üçün istəyir”, - deyə CDU lideri qeyd edib.

Kansler Olaf Şolts “Spiegel” qəzetinə müsahibəsində bu ittihamları rədd edib: “Mənə hər şeydə irad tutmaq olar, amma məni irqçi olmaqda günahlandırmaq olmaz”. O, “saray məzhəkəçisi” ifadəsini Co Çialonun dərisinin rəngi ilə əlaqələndirilməsi cəhdlərindən təsirləndiyini ifadə edib.

Qalmaqalın böyüməsindən sonra Olaf Şolts ilə mədəniyyət senatoru Co Çialo arasında telefon danışığı olub. Danışığın təfərrüatları ictimaiyyətə açıqlanmasa da, Kanslerin irəli sürülən ittihamlara görə narahat olduğu bildirilir.

Kansler bu məsələni şişirdərək onu irqçilikdə ittiham edən “Focus” jurnalına qarşı hüquqi addımlar atmaq üçün məşhur hüquq firması “Schertz Bergmann” ilə əməkdaşlığa başlayıb.

SPD isə bu qalmaqalın CDU tərəfindən seçki kampaniyası zamanı siyasi məqsədlərlə şişirdildiyini iddia edir. Partiyanın baş katibi Mathias Mierş CDU-nun on gün əvvəl baş vermiş hadisəni indi şişirdərək narazılıq dalğası yaratmağa çalışmaqda ittiham edib. O, Kansler Olaf Şoltsa qarşı belə əsassız ittihamların irəli sürülməsini qəbuledilməz adlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Fevral 2025 03:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri