Icma.az
close
up
RU
Almaniya kansleri Trampa səsləndi: Eskalasiyanın qarşısını alın, əks halda...

Almaniya kansleri Trampa səsləndi: Eskalasiyanın qarşısını alın, əks halda...

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Almaniya kansleri Fridrix Mertz ABŞ prezidenti Donald Trampla yeni gömrük rüsumları ilə bağlı təhdidlər fonunda görüşməyi planlaşdırır. Görüşün yanvarın 21-də Davosda keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində baş tutacağı gözlənilir. Sözügedən rüsumlar Almaniya da daxil olmaqla bir sıra ölkələrə şamil edilə bilər.

Globalinfo.az-ın xəbərinə görə, Mertz jurnalistlərə açıqlamasında bildirib ki, rüsumlarla bağlı təhdidlər ortaya çıxandan sonra Avropa İttifaqı daxilində, eləcə də Aİ-yə üzv olmayan, lakin təsirə məruz qalan Böyük Britaniya və Norveç kimi ölkələrlə çox sıx dialoq aparılıb.

Onun sözlərinə görə, əsas məqsəd bu mübahisənin mümkün qədər eskalasiyasının qarşısını almaqdır.

“Bu həftə Davosda keçiriləcək müxtəlif görüşlər çərçivəsində məsələni müzakirə etmək imkanımız olacaq. Çərşənbə günü yenidən prezident Trampla görüşməyə çalışacam”, – deyə kansler bildirib.

Mertz həmçinin yanvarın 15-də Donald Trampla telefon danışığı apardığını deyib.

“Biz bu problemi birlikdə həll etməyə çalışmaq istəyirik. ABŞ hökuməti də bilir ki, bizim cavab tədbirləri görmək imkanımız var. Mən bunu istəmirəm. Lakin zərurət yaranarsa, Avropanın, o cümlədən Almaniyanın milli maraqlarını müdafiə edəcəyik”, – Mertz vurğulayıb.

Kanslerin fikrincə, gömrük rüsumları heç kimə fayda vermir və demək olar ki, hamıya zərər vurur.
Eyni zamanda kansler Qrenlandiyanın uzunmüddətli hərbi təhlükəsizliyi ilə bağlı narahatlıqlara da ciddi yanaşdığını diqqətə çatdırıb. O xatırladıb ki, vaxtilə Qrenlandiyada 30 mindən çox ABŞ hərbçisi yerləşirdi, hazırda isə onların sayı 200-dən azdır.

Kanslerin sözlərinə görə, bu fakt onu göstərir ki, hətta ABŞ-ın özünün apardığı təhlükə təhlilləri belə vəziyyətin hazırda təqdim edildiyi qədər dramatik olmadığını göstərir. Bununla belə, o əlavə edib ki, gələcəkdə hərbçilərin sayının yenidən arta biləcəyi istisna deyil.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri