Almaniya kəşfiyyatına işləyən diplomatın cəsədi evində tapıldı
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Almaniyanın Pakistandakı Səfirliyinin müşaviri Tomas Bielefeld İslamabadda evində ölü tapılıb.
Bakupost.az “Bild” qəzetinə istinadən xəbər verir ki, bundan əvvəl 2 gün ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb.
Qəzet yazıb ki, 58 yaşlı Tomas diplomat hesab edilsə də, əslində Almaniyanın Federal Kəşfiyyat Xidmətinə işləyib: “O, uzun müddətdir Almaniyanın kəşfiyyat xidməti ilə əməkdaşlıq edib və çox təcrübəli əməkdaş hesab olunurdu”.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Bildirilib ki, T.Bielefeld iki gün işə gəlmədikdə və zənglərə cavab vermədikdə, səfirliyin iki əməkdaşı onun evinə yollanıb və burada cansız bədənini aşkar ediblər.
Onun ürək xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub.

Evində yanmış cəsədi tapıldı
02 May 2025 11:19
Mumiyanlanmış cəsədi öz evində tapıldı
27 Dekabr 2024 23:14
Rusiya kəşfiyyatına çalışan erməni iş adamı evində ölü tapıldı FOTOLAR
22 Fevral 2025 21:59
Diplomatın Bakıda evində meyiti tapılıb
11 İyun 2025 13:43
Həkimin cəsədi tapıldı
19 Noyabr 2024 15:33

