Rusiyalı diplomatın meyiti tapıldı
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kiprin paytaxtı Nikosiyada Rusiya səfirliyinin əməkdaşı kabinetində ölü tapılıb.
Bakupost.az xəbər verir ki, bu barədə “ANT1” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə yerinə gələn Kipr polisi səfirlik ərazisinə buraxılmayıb və mərhumun cəsədi hüquq-mühafizə orqanlarına diplomatik missiyanın həyətində təhvil verilib.
Xəbərdə deyilir ki, səfirlik nümayəndələri polisə ölümün intihar nəticəsində baş verdiyini, mərhumun vida məktubu qoyduğunu bildiriblər. Həmin məktubun Moskvaya göndəriləcəyi qeyd olunub. Sonradan Rusiya səfirliyinin rəsmi “Telegram” kanalında A.V. Panov adlı əməkdaşın öldüyü və cəsədinin Rusiyaya aparılacağı barədə məlumat yayılıb.
Bu hadisədən bir gün əvvəl isə Kiprdə 56 yaşlı “Uralximiya” şirkətinin sabiq direktoru Vladislav Baumgertnerin itkin düşüb.
Bu mövzuda digər xəbərlər:Rusiyalı deputatın meşədə meyiti tapıldı
26 Sentyabr 2025 06:22
London rusiyalı diplomatın və rusiyalı diplomatlardan birinin həyat yoldaşının akkreditasiyasını ləğv edib
13 Mart 2025 08:49
Rusiyalı nazirin cəsədi belə tapıldı VİDEO
07 İyul 2025 21:07
Rusiyalı deputatın rusiyalı gənclərə tövsiyəsi...
18 May 2025 23:15
Baxış sayı:52
Bu xəbər 12 Yanvar 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















