Icma.az
close
up
RU
Niderland idarəolunmaz quruluşa çevrilir TƏHLİL

Niderland idarəolunmaz quruluşa çevrilir TƏHLİL

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropanın az qala mərkəzində baş verən Rusiya-Ukrayna müharibəsi region ölkələrində ciddi qorxu yaradıb. Pribaltika respublikaları, eləcədə Norveç, Almaniya, Fransa, Belçika, Polşa, Niderland, Finlandiya, İsveç və İslandiya kimi dövlətlər dağıdıcı raketlərin onların da şəhər və kəndlərini dağıdacağı, on minlərlə insanın həyatını itirə biləcəyi barədə həyəcan dolu bəyanatlar səsləndirir, dünya birliyinə kömək üçün müraciətlər ünvanlayırlar. Hətta bəzi ölkələr, xüsusilə də, Polşa, Niderland və Norveç yaxın vaxtlarda Rusiyanın ölkələrinin enerji infastrukturunu raketlərlə dağıdacağı barədə məlumatlar səsləndirirlər. Narahatlığın geniş miqyas almasının nəticəsi olaraq bir qədər əvvəl Avropa ölkələrinin 10-a yaxın təhlükəsizlik xidmətlərinin rəhbərləri bir araya gələrək, Avropanın neft-qaz sənayesinin, kəmərlərinin Rusiyanın hücumundan qorunması yollarını müzakirə ediblər. Norveçin təhlükəsizlik xidmətinin rəhbəri ölkəsinin enerji obyektlərinin Rusiya Federasiyası tərəfindən dağıdılması ilə bağlı hərbi plan hazırlandığını söyləyib. Həyəcanlı şəkildə bildirib ki, qabaqlayıcı tədbirlər görülməsə Avropa ən böyük enerji resurslarından məhrum oluna bilər: “Biz təkcə Almaniyanı və ya norveçli həmkarlarımızı deyil, hamımızı maraqlandıran bir hadisə görürük. Bu, Rusiya kimi bəzi tərəfdaşlardan gələn təhlükədir, o cümlədən təkcə casusluq əməliyyatları deyil, həm də bəzi bölgələrdə təxribat riski var”.

Bu barədə “Röyters” nəşr yaydığı məlumatda qeyd edilir və xatırladır ki, 2024-cü il aprel ayında Almaniyada iki alman-rus vətəndaşı Amerikanın hərbi hədəfləri də daxil olmaqla, təxribat hücumları hazırladıqlarına görə həbs edilib. O zaman rəsmilər bunu Ukraynaya hərbi dəstəyə ciddi zərbə vurmaq cəhdi adlandırmışdı.

Niderland zərbədən müdafiə olunmaq imkanına malik deyil

Niderlandın rəsmiləri Rusiyanın gözlənilən hücumundan qorunmaq üçün Ukraynaya hərbi yardımların artırılmasını və kəşfiyyat məlumatlarının miqyasının genişləndirilməsini təklif edib. Bu təklif fonunda gözlənilən hal ondan ibarətdir ki, Niderland daha çox Rusiyanın hücumundan qorxur. Əgər həqiqətən də Rusiya Niderlandı hədəf seçsə, o zaman rəsmi Amsterdam cəmi iki-üç saat ərzində mövcudluğunu itirər və tarixin arxivinə göndərilər. Çünki kiçik quruluş olan Niderland Rusiyaya hər hansı formada müqavimət göstərə bilməz. Bu baxımdan Niderlandın Rusiyadan gözlənilən zərbədən narahat olması başa düşüləndir. Hansısa Avropa ölkəsinin Niderlanda kömək etməsi, gözlənilən Rusiya hücumundan qoruması mümkünsüzdür. Ən azı ona görə ki, digər Avropa ölkələri də Niderland kimi hərbi və siyasi cəhətdən zəif dövlətlərdir. Ona görə də, Niderland təşviş keçirməsi, az qala müxtəlif ölkələrə siyasi cəhətdən yalvarışla kömək istəməsi anlaşılandır. Başa düşülməyən məsələ ondan ibarətdir ki, bu üzdəniraq Niderland adlı quruluş Azərbaycana qarşı boşboğazlılarla çıxışlar edir. Dəfələrlə 30 illik erməni işğalına son qoyduğumuza görə, bizləri ittiham edən bəyanatlar səsləndirib, parlament səviyyəsində qətnamələr qəbul edib. 2024-cü ildə oktyabrın 10-da Niderland Krallığının parlamentinin Nümayəndələr Palatası Azərbaycan əleyhinə iki absurd qətnamə qəbul edib. Reallıqdan uzaq, faktların saxtalaşdırılması, şər və böhtandan ibarət olan qətnamədə Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərini “erməni hərbi əsirləri” kimi qələmə verilərək onların azadlığa buraxılmasını tələb edilir. Digər qətnamədə isə guya Qarabağda erməni mədəni irsinin talan edilməsi barədə saxta ittihamlar irəli sürülüb. Birincisi, ermənilər Azərbaycana gəlmədilər, ikincisi isə, gəlmə ermənilərin necə mədəni irisi və mədəniyyəti ola bilr? Bunu Norveç parlamentinin deputatları bilməmiş deyillər. Sadəcə, erməni lobbisinin təsiri altında olduqlarından reallıqları dilə gətirməyə çəkinirlər. Lakin Azərbaycan Xarici İşlər Nazirliyi Niderland parlamentinin Nümayəndələr Palatasının terrorçuları himayə etməyə çalışan qətnaməsini sərt şəkildə tənqid edib. Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi, Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrinin və terrorçuların "hərbi əsir" kimi qələmə verilərək azad edilməsinə dair çağırışlar qəbuledilməz adlandırılıb. Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı 1954-cü il Haaqa konvensiyasına zidd olaraq mədəni və dini irsimizin dağıdılmasına, təhqir edilməsinə, mənimsənilməsinə, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərə etinasız yanaşan Niderland tərəfinin indi ermənilərin saxta təbliğatına istinadən ölkəmizin guya erməni abidələrini hədəf aldığını bildirməyə heç bir mənəvi haqqı yoxdur. Eyni zamanda, qətnamələrdə yer alan və xarici işlər nazirinin səsləndirdiyi fikirlərdə Azərbaycanın ötən ilin sentyabr ayında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin məram və məqsədlərinin təhrif olunması ölkəmizə qarşı ikili standartların bariz nümunəsidir. XİN Niderland tərəfini bölgədə sülhə qarşı olan və Azərbaycan-Niderland münasibətlərində gərginlik yaradan birtərəfli mövqedən əl çəkməyə çağırıb.

Milli Məclis də sözügedən qətnamələri qərəzli siyasi aktlar kimi qətiyyətlə rədd edib və pisləyib, Nümayəndələr Palatasını, eləcə də bu ölkənin rəhbər vəzifəli şəxslərini Cənubi Qafqaz bölgəsində sülh və sabitlik yaradılması səylərinə mane olan hərəkətlərə son qoymağa çağırıb: "Biz Niderland Krallığı da daxil olmaqla, bütün dövlətlərlə konstruktiv dialoqu və əməkdaşlığı dəstəkləyirik, lakin bu cür dialoq və əməkdaşlıq qarşılıqlı hörmətə və faktların vicdanlı etirafına əsaslanmalıdır".

Niderland Fransanın təsirinə düşməklə faciəsini bir qədər də dərinləşdirir

Araşdırmalar əsasında məlum olur ki, Niderland kimi xəritədə nöqtə kimi görünən quruluş Azərbaycana qarşı qərəzli mövqe tutmasının arxasında ermənilərə bacılıq edən Fransanın sifarişləri dayanır. Yəni rəsmi Amestdam Fransanın göstərişləri ilə Azərbaycana qarşı reallıqdan uzaq, ədalətsiz iddialarla çıxış edib. Halbuki, Azərbaycan daim işğalçılığa, insan hüquq və azadlıqlarının pozulmasına qarşı mübarizə aparıb və bunu əməli fəaliyyəti ilə sübut edib. 30 illik erməni işğalına son qoyub, torpaqlarını azad etməsi Azərbaycanın haqqı idi. Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin ədalət məhkəməsi qarşısına çıxarılmasıda beynəlxalq qanunlara əsaslanır. Azərbaycan Fransa, Niderland kimi müstəmləkə siyasəti yeritməyib. Beynəlxalq birlik tərəfindən rəsmən tanınan ərazilərində silahlı hərbi birləşmələri ləğv edib, suverenliyni bərpa edib. Niderland o vəhşi toplumlardandır ki, Bonaire, Saint Maarten, Aruba, Curacao, Saint Eustatius və Saba-da məqsədyönlü müstəmləkə siyasəti həyata keçirib. Müstəmləkə altında əzilən xalqlar azadlıq mübarizəsinə qalxan zaman Niderlandın muzdullardan ibarət ordu birləşmələri tərəfindən döyülür, təhqir edilir, zindanlara atılaraq orada çürüdülür. Bu vəhşilik dəfələrlə beynəlxalq təşkilatların hesabatlarında, müstəqil media mənsubları tərəfindən əks olunub. Lakin Niderlandın barbar xislətli vəhşi toplumu beynəlxalq hüquqa qarşı çıxır, tərəqqipərvər xalqların çağırışlarını qulaqardına vurur. Bakı Təşəbbüs Qrupu Niderlandın Boner, Sen-Martin, Aruba, Kurasao, Sen Eustatius və Sabada törətdiyi qətliamlar, zorakılıqlarla bağlı dünya birliyinə müraciət ünvanlayıb. Təşəbbüs Qrupunun bəyanatında qeyd olunur ki, öz müstəmləkəçilik siyasətini Boner, Sen-Martin, Aruba, Kurasao, Sen Eustatius və Sabada davam etdirən Niderland bu ərazilərdə məqsədyönlü assimilyasiya siyasəti aparır: “Niderland yerli əhalini adalardan qovaraq onları niderlandlılarla əvəzləyir, yerli əhalinin nümayəndələrinə ikinci dərəcəli “vətəndaşlar” kimi rəftar edir, müstəqillik tərəfdarlarını təqib edir və həbs edir, yerli xalqlara öz ana dillərində təhsil almağa və danışmağa qadağan edir, yerli xalqların öz mədəniyyətini qoruyub-saxlamasına lazımi şərait yaratmır və digər çoxsaylı cinayətlər törədir.Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı Təşəbbüs Qrupu Niderland parlamentini bu ölkənin Boner, Sen-Martin, Aruba, Kurasao, Sen Eustatius və Saba adalarında törətdiyi cinayətlərə son qoymağa dair Niderland hökumətinə çağırış etməyə dəvət edirik. Bu xüsusda, törədilmiş və bu gün də davam edən cinayətlərin müəlliflərin məsuliyyətə cəlb olunması üçün müvafiq Araşdırma Komissiyasının yaradılmasına çağırış edirik”.

Bəyanatda o da vurğulanır ki, Avropa İttifaqı ölkələrini BMT-nin İnsan Hüquqları Şurası tərəfindən adıçəkilən adalarda baş verən cinayət hallarını birbaşa nəzarət altına götürəcək müvafiq orqanın yaradılması və həmin orqan tərəfindən qeyd alınan halların BMT-nin digər qurumlarına göndərilməsinə dəstəyin göstərilməsinə çağırış edirik: “Beynəlxalq səviyyədə kolonial cinayətlərə qarşı irəli sürülən təşəbbüslərə, bu xüsusda, Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə dəstək verməyə dəvət edirik”.

2025-ci il aprel 14-də BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Afrika əsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyasında Fransanın və Niderlandın müstəmləkə siyasəti şərt şəkildə tənqid olunub. Konfransda qeyd olunub ki, Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Daimi Forum arasında qurulmuş əməkdaşlıq nəticəsində Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelup, Martinik, Kanaki (Yeni Kaledoniya), Sint Maarten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası nümayəndələrinin tədbirdə iştirakı təmin edilmişdir. Tədbirdə çıxış edən BTQ-nin icraçı direktoru Abbas Abbasov, rəhbərlik etdiyi təşkilatın dekolonizasiya istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verərək, Fransa və Niderlandın əsarəti altında olan ərazilərin bu gün də kolonial idarəetmədən əziyyət çəkdiyini təəssüflə xatırlatmışdır.

A.Abbasov Qvadelup, Martinik, Kanaki (Yeni Kaledoniya), Sint Maarten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianasının üzləşdiyi problemlərin daha təfsilatlı müzakirəsi üçün Daimi Forumun dəstəyi ilə BTQ tərəfindən aprelin 15-də “Dekolonizasiya: Sakit inqilab” konfransın təşkil ediləcəyini və bu xüsusda iştirakçı dövlətləri sözügedən tədbirə dəvət etmişdir.

BTQ-nin xətti ilə Forumda iştirak edən Qvadelup, Sint Maarten, Reunyon, Martinik, Fransız Qvianasından olan nümayəndələr də öz növbələrində çıxışlarında Fransa və Niderlandın kolonial siyasətini qınamış, ölkələrinin tezliklə müstəqil olması üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulamışlar.Tədbirdə həmçinin BTQ-nin sifarişi ilə BMT-nin tanınmış eksperti, ABŞ vətəndaşı Karlayl Korbin tərəfindən hazırlanmış “Fransız kolonializminin təkamülü: Siyasi və konstitusional tədqiqat” adlı hesabat Sessiyanın iştirakçılarına təqdim olunmuşdur.

Əminliklə demək olar ki, dünya birliyinin səyi, müstəmləkə altında əzilən xalqların fədakarlığı nəticəsində Niderlanın və Fransanın müstəmləkə siyasətlərinə son qoyulacaq. Nəhayət, zindan həyatı yaşayan xalqlar öz azadlıqlarına qovuşacaqlar.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see1725

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see215

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see192

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see180

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see149

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see139

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see138

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see133

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see133

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see124

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri