Almaniya ölkəmizin enerji saxlama imkanlarını öyrənəcək
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniya infrastrukturun inkişafı, elektrik nəqliyyatı və bərpaolunan mənbələr üçün enerji saxlama texnologiyaları sahəsində tərəfdaşlıq perspektivlərini qiymətləndirmək məqsədilə Bakıya biznes missiya təşkil etmək niyyətindədir.
Alman–Azərbaycan Xarici Ticarət Palatasından (AHK Azerbaijan) bildirilir ki, səfərin cari il dekabrın 7-dən 10-dək həyata keçirilməsi nəzərdə tutulur. Məclis Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin tapşırığı ilə həyata keçirilən Almaniya Enerji İxracı Təşəbbüsü çərçivəsində təşkil olunur.
İşgüzar səfərin gündəliyinə potensial tərəfdaşlarla fərdi B2B görüşlər, sahəvi konfrans, Almaniyanın texnoloji həllərinin nümayişi və ixtisaslaşdırılmış obyektlərə tanışlıq daxildir.
Bundan başqa, oktyabr ayında ixracın maliyyələşdirilməsi məsələlərinə həsr olunmuş ikinci Almaniya-Azərbaycan konfransının keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Almaniyaya dövlət səfəri zamanı Azərbaycan-Almaniya İşgüzar Şurasının təsis edilməsi və fəaliyyəti haqqında birgə bəyannamə imzalanıb.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 29 İyul 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















