Icma.az
close
up
RU
Almaniya ölkəmizin regionda lider mövqeyini dəstəkləyir MÜNASİBƏT BİLDİRİLDİ

Almaniya ölkəmizin regionda lider mövqeyini dəstəkləyir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Almaniya Azərbaycanın Avropadakı vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir və bu baxımdan da Almaniya Prezidentinin Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, sözsüz ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri, iki ölkə arasındakı əlaqələrin güclənməsi üçün yeni imkanlar açır: "Onu da qeyd edim ki, bu səfər Almaniya Prezidenti Ştaynmayerin ölkəmizə ilk səfəri deyil. Ştaynmayer bundan əvvəl də Almaniya Xarici İşlər naziri qismində bir neçə dəfə ölkəmizdə səfərdə olub. 2007-ci ildə Azərbaycanda olarkən Ştaynmayer Azərbaycan və Almaniya arasında enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq sahəsində və ümumiyyətlə Azərbaycan və Almaniya arasında münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi ilə bağlı mövqedən çıxış edib. Sonrakı dövrdə, yəni 2014-cü ildə ölkəmizə səfəri çərçivəsində isə daha çox Qarabağ məsələsinin həlli prosesinə dəstək vermək və tərəflər arasında dialoqu təşviq etməklə bağlı Almaniyanın mövqeyini ortaya qoyub. İndi də bu və ya digər şəkildə Cənubi Qafqazda öz maraqlarını təmi etməyə cəhdlər edən Almaniya həm Ermənistana, həm də Azərbayana səfərləri ilə, eləcə də səfər çərçivəsində verdiyi sülhə çağırışlarla bağlı bəyantları ilə ölkəsinin sülh prossesində iştirakına nail olmaq istəyir. Almaniya uzun müddətdir ki, sülh prosesində aktiv rol oynamağa çalışır. Ştaynmayerin hər iki ölkəyə eyni vaxtda səfər etməsinə də bu siyasətin tərkib hissəsi kimi baxmaq lazımdır.

Prezident Frank-Valter Ştaynmayerin səfəri onu sübut edir ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini dəstəkləyir. Almaniya Prezidenti səfər zamanı bir daha ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini ifadə etdi.

Hal-hazırda iki ölkə arasında demək olar ki, bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədə inkişaf etdirilir. Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq son dövrlərdə dinamik şəkildə inkişaf edir. Ticarət dövriyyəsinin üç dəfə artması, xüsusilə xam neft ixracının həcminin yüksəlməsi, bu əlaqələrin möhkəmləndiyini göstərir. Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, gələcəkdə ticarət dövriyyəsinin daha da şaxələndirilməsi nəzərdə tutulur. Xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq böyük perspektivlər vəd edir. Bu sahədə Almaniya şirkətləri ilə tərəfdaşlıq mühüm əhəmiyyət kəsb edir".

"Azərbaycanla Almaniya arasında təhsil, səhiyyə sahələri üzrə əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Məlumdur ki, ölkəmizdə alman dilinə böyük maraq var. Bu məsələyə Almaniya Prezidenti çıxışında da toxundu. Belə ki, alman dili ölkəmizdə bir sıra orta və ali təhsil müəssisələrində tədris olunmaqdadır. Bundan başqa, ölkələrimiz arasında səhiyyə sahəsində də əməkdaşlıq genişlənməkdədir. Hazırda Almaniyada tibb sahəsində təhsil alan xeyli tələbəmiz də vardır. Azərbaycan Almaniya şəhərləri arasında da əlaqələr inkişaf etdirilir. Belə ki, paytaxt Bakı ilə Mayns, Sumqayıt ilə Lüdviqşafen şəhərləri qardaşlaşmış şəhərlər elan olunublar.

Səfərin yekunları ilə bağlı keçirilən mətbuat konfransında ölkə başçısı Azərbaycanın 30 il ərzində erməni işğalından əziyyət çəkməsi, beynəlxalq təşkilatların bu münaqişəyə ciddi müdaxilə etməməsi və ölkəmizin öz gücü ilə ədaləti bərpa etməsini bird aha xüsusilə vurğuladı. Prezidentin də qeyd etdiyi kimi Qarabağ Zəfəri regionda sülh prosesini sürətləndirdi və bu gün Azərbaycan-Ermənistan münasibətləri daha konstruktiv müstəviyə keçməkdədir.

Ümumiyyətlə isə hər iki ölkə rəhbərinin çıxışı, verdikləri bəyanatlar göstərir ki, bu səfər Azərbaycan-Almaniya əlaqələrində yeni əməkdaşlıq səhifəsi açacaq" - deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri