Almaniya ordusu hücum dronlarından ibarət altı bölmənin yaradılmasını planlaşdırır
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniya Silahlı Qüvvələri (Bundesver) qarşıdakı illərdə hücum dronlarından ibarət altı bölmənin yaradılmasını planlaşdırır.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə Bundesverin Quru Qoşunlarının inspektoru general-leytenant Kristian Froydinq məlumat verib. O, ortamənzilli ilk batareyanın 2027-ci ilədək hazır vəziyyətə gətirilməsinin, 2029-cu ilə qədər isə daha beş batareyanın yaradılmasının planlaşdırıldığını qeyd edib.
Hazırda Bundesver döyüş meydanı üzərində dövrə vurub daha sonra hədəfə yönələn hücum dronlarını sınaqdan keçirir. Həmçinin 2029-cu ilədək genişmənzilli silah sistemləri ilə təchiz olunmuş ayrıca bir bölmənin də yaradılması planlaşdırılır.
General K.Froydinq bildirib ki, gələcəkdə döyüş meydanı bir-biri ilə əlaqəli və məlumatyönümlü, asimmetrik, tam şəffaf və süni intellekt tətbiqləri tərəfindən formalaşdırılan məkan olacaq. Məlumat isə əsas resursa – praktiki olaraq döyüş sursatına çevriləcək. O, gələcək müharibələrdə müdafiə sistemlərinin əsl rəqabətinin yaşanacağını bildirib.
Baxış sayı:79
Bu xəbər 26 Noyabr 2025 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















