Icma.az
close
up
RU
Sobada tərəvəzli ət yeməyi: Pambıq kimi bişən dadlı resept

Sobada tərəvəzli ət yeməyi: Pambıq kimi bişən dadlı resept

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mətbəxdə çox vaxt itirmədən, lakin restorandakı kimi ləzzətli bir şam yeməyi hazırlamaq istəyirsinizsə, bu resept tam sizin üçündür. Ət, kartof və bibərin sousla birləşdiyi bu yemək həm ailə yeməkləri, həm də qonaq süfrələri üçün ideal seçimdir.

Milli.Az lazım olan ərzaqları təqdim edir:
500-600 qram quzu və ya dana əti (kiçik doğranmış)

3-4 ədəd orta boy kartof, 2-3 ədəd yaşıl bibər, 1 ədəd qırmızı bibər, 1 ədəd baş soğan, 2-3 diş sarımsaq

Sous üçün - 1 xörək qaşığı tomat pastası, yarım stəkan isti su, yarım stəkan duru yağ (və ya zeytun yağı)

Duz, istiot, kəklikotu (kekik), pul bibər

Hazırlanma qaydası:
Ətləri kiçik tikələrə bölün (əgər dana ətidirsə, əvvəlcədən bir az qaynatmaq məsləhətdir ki, sobada daha yumşaq olsun). Kartofları və bibərləri iri kub şəklində doğrayın. Soğanı aypara, sarımsaqları isə xırda-xırda doğrayın.

Doğradığınız bütün ərzaqları geniş bir soba listinə boşaldın. Üzərinə ədviyyatları və duru yağı əlavə edərək əlinizlə yaxşıca qarışdırın ki, hər tərəfə bərabər yayılsın.

Bir qabda tomat pastasını isti su ilə yaxşıca açın. Hazırladığınız bu sousu tepsinin üzərinə gəzdirin. Sous yeməyin həm yanmamasını, həm də ətlərin "pambıq" kimi yumşaq bişməsini təmin edəcək.

Sininin üzərini əvvəlcə nəmləndirilmiş yağlı kağızla (perqament), sonra isə folqa ilə möhkəm örtün. Beləliklə, yemək öz buxarında bişəcək. Əvvəlcədən 200°C dərəcə qızdırılmış sobada təxminən 45-50 dəqiqə bişirin.

Yeməyin bişməsinə 10 dəqiqə qalmış üzərindəki kağızı və folqanı götürün. Bu, kartofların və ətlərin üzərinin gözəl qızarmasını təmin edəcək.

Uğurlu nəticə üçün kiçik sirlər:
Ətin daha yumşaq olması üçün onu 1 saat əvvəldən bir az zeytun yağı və soğan suyunda marinat edə bilərsiniz.

Sininin içinə bir neçə kiçik kərə yağı parçası qoymaq yeməyə əlavə ətir və parlaqlıq verəcək.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Yanvar 2026 04:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see212

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see177

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri