Icma.az
close
up
RU
Almaniya ordusunun 100 min nəfər əlavə ehtiyat əsgərə ehtiyacı var

Almaniya ordusunun 100 min nəfər əlavə ehtiyat əsgərə ehtiyacı var

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniya Silahlı Qüvvələrinin (Bundesver) baş inspektoru Karsten Breuer ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə 100 min əlavə ehtiyat əsgərə ehtiyac olduğunu açıqlayıb.

AZƏRTAC xəbər verir ki, o, “Welt am Sonntag” nəşrinə müsahibəsində hazırda Bundesverin şəxsi heyətinin təxminən 182 min nəfərdən ibarət olduğunu bildirib. Qeyd edib ki, buna baxmayaraq, Almaniya NATO qarşısında götürdüyü öhdəliklər və Şərq cinahında artan təhlükəsizlik çağırışları fonunda 200 min aktiv əsgər olmaqla ümumilikdə 460 min nəfərlik hərbi potensiala ehtiyac duyur. Beləliklə, təxminən 260 min nəfərdən ibarət ehtiyat qüvvənin formalaşdırılması zərurəti yaranıb.

General qeyd edib ki, ordu sıralarından son illər ərzində tərxis olunmuş 800 min keçmiş əsgər arasından 100 min nəfərin yenidən ehtiyat xidmətə cəlb olunması planlaşdırılır. Hazırda Bundesverin strukturunda 60 min nəfərlik daimi ehtiyat heyəti mövcuddur. Buna baxmayaraq, hələ də 100 min nəfərlik boşluq qalmaqdadır.

O, ehtiyat qüvvələrin əmək bazarında hazır formada mövcud olmadığını vurğulayaraq, bu problemin həllinin yalnız hərbi xidmətin tətbiqi ilə mümkün olduğunu qeyd edib. Baş inspektor bu xidmətin məcburi, yoxsa könüllü qaydada həyata keçiriləcəyinin tamamilə siyasi qərar olduğunu deyib.

Qeyd edək ki, Almaniyada ümumi hərbi xidmət 2011-ci ildə ləğv edilib. Lakin son illərdə Avropada təhlükəsizliyi təhdid edən ciddi hərbi-siyasi dəyişikliklər fonunda bu məsələnin yenidən gündəmə gətirilməsi ölkə ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Aprel 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri