Almaniya Rosneft in aktivlərinin idarə edilməsini altı ay uzadıb
Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniya hökuməti Rusiyanın “Rosneft” şirkətinin aktivlərinin idarə edilməsini gələn il martın 10-dək uzadıb.
Reuters xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat Nazirliyinin bəyanatında deyilir. Hər altı aydan bir yenilənməli olan aktivlərin idarə edilməsi bu həftə növbəti son tarixdən qısa müddət əvvəl uzadıldı.
Hökumət "Rosneft"in Schwedt neft emalı zavodu, MiRo və "Bayernoil" şirkətlərindəki səhmlərinə nəzarəti 2022-ci ilin sentyabrında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra ələ keçirdi. Buna Avropa ilə onun əsas təchizatçısı olan Rusiya arasında münasibətlərin pozulması səbəb olub.
Eyni zamanda, Berlin hələ də aktivlərin milliləşdirilməsinə əl atmayıb, idarəetmə vasitəsilə faktiki nəzarəti saxlayır, qanuni mülkiyyət isə Rusiya şirkətində qalır.
Rosneft Almaniyanın aktivlərini, o cümlədən Schwedt neft emalı zavodunun 54,17%-ni satmağa cəhd edib, lakin Qətər də daxil olmaqla potensial alıcılarla danışıqlar hələlik nəticə verməyib.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 09 Sentyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















