Icma.az
close
up
RU
Almaniya “Rosneft”ə görə ABŞ yə minnətçi düşüb

Almaniya “Rosneft”ə görə ABŞ yə minnətçi düşüb

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən “Bild” nəşrinin məlumatına görə, Almaniya tərəfindən danışıqların aparılmasına ölkənin İqtisadiyyat nazirliyi cavabdehdir.
Sanksiyaların üç neft emalı zavodu üçün dərhal nəticələri ola bilər: Şvedtdəki “RSK”, Karlsruedəki “Miro” və Foburqdakı “Bayernoil” müəssisələri.
Almaniya hakimiyyəti ən çox Berlinə və ölkənin şimal-şərq bölgələrinə neft məhsulları tədarük edən Şvedtdəki (Brandenburq torpağı) neftayırma zavoduna qarşı potensial tədbirlərdən narahatdır. Bu zavod konkret olaraq Berlin-Brandenburq Beynəlxalq Hava limanını (BER) kerosinlə təmin edir.
“Almaniya hökuməti bu yaxınlarda Britaniya sanksiyalarının tətbiqi zamanı nail olduğu kimi, Şvedt üçün də istisna variantını təmin etməyə çalışır. Almaniyanın şərqində və BER hava limanında bir çox yanacaqdoldurma məntəqələri yanacaq tədarükü üçün Şvedtdən asılı olduğundan bu, təcili şəkildə lazımdır”, - Xristian-Demokratlar İttifaqının Brandenburq torpağındakı şöbəsinin sədri Yan Redman “Bild” nəşrinə deyib.
Onun sözlərinə görə, sözügedən neft emalı zavodu regionun “bütün şimal-şərqinin sənaye ürəyi”dir. Bu müəssisənin bağlanması bütün Brandenburq üçün iqtisadi fəlakət demək olardı.
Zavod işçilərinin şurası nəşrə bildirib ki, ABŞ hakimiyyəti Almaniya hökumətinin xahişinə cavab verməsə, müəssisə fəaliyyətini dayandırmalı olacaq.
Sentyabrın 8-də Almaniyanın İqtisadiyyat nazirliyi ölkə hökumətinin “Rosneft”in alman aktivlərinin (Rosneft Deutschland GmbH və RN Refining & Marketing GmbH) kənardan idarə olunması müddətini 2026-cı il martın 10-dək uzaddığını elan edib.
Nazirlik bu addımı Enerji Təhlükəsizliyi Qanununa istinad etməklə əsaslandırıb. Qurum bildirib ki, Almaniyanın Federal Şəbəkə Agentliyi beləliklə də, “Rosneft Deutschland” şirkətinin və onun üç neft emalı zavodunda müvafiq paylarına nəzarəti özündə saxlayır.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 Oktyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see453

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see364

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see361

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see356

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see333

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see330

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see320

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see317

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see316

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see312

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see300

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see290

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see285

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see275

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see272

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see263

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see262

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see257

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see255

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see245
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri