Almaniya sərhəd nəzarətini sentyabradək uzatmağı nəzərdə tutur
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Berlin, 17 fevral, AZƏRTAC
Almaniya sərhəd nəzarətinin daha altı ay uzadılmasını nəzərdə tutur.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyi Avropa Komissiyasına Almaniyanın quru sərhədlərindəki daxili nəzarət tədbirlərinin martın 15-dən sonra da ilkin olaraq daha altı ay davam etdiriləcəyini bildirib. Nazirliyin sözçüsü sərhəd nəzarətinin indiyədək mövcud olan miqrasiya və təhlükəsizlik siyasəti səbəblərinə görə hələ də zəruri olduğunu qeyd edib.
Daxili işlər naziri Aleksander Dobrindt isə sərhəd nəzarətinin Almaniyada miqrasiya siyasətinin yenidən fomalaşdırılmasının bir elementi olduğunu bildirib.
Xatırladaq ki, Almaniyanın bütün quru sərhədlərində yoxlamalar 2024-cü il sentyabrın 16-dan həyata keçirilir. Həmin vaxtdan etibarən Fransa, Lüksemburq, Belçika, Danimarka və Niderland ilə sərhədlərdə yoxlamaların aparılmasına başlanılıb. Müvəqqəti xarakter daşıyan bu nəzarətlər indiyədək iki dəfə uzadılıb. Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə 2023-cü ilin oktyabrından, Avstriya ilə sərhəddə isə 2015-ci ildən yoxlamalar aparılır. Sərhəd nəzarəti 2025-ci ilin mayından daha da sərtləşdirilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 16 Fevral 2026 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















