Almaniya Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri göndərəcək
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Almaniyanın "Rheinmetall" konserni Ukraynaya "Leopard 1" tankı bazasında "Skyranger 35" hava hücumundan müdafiə sistemləri (HHM) göndərəcək.
Oxu.Az Vesti.ru-ya istinadla xəbər verir ki, o bunu Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan vəsait hesabına həyata keçirəcək.
Şirkətin mətbuat xidmətinin məlumatında deyilir ki, hərbi sifarişin dəyəri "üçrəqəmli milyonlarla avro həcmindədir".
Silah təchizatı Rusiya aktivləri hesabına Avropa İttifaqı ölkələrindən biri tərəfindən maliyyələşdirilir.
Partiyanın həcmi barədə heç bir məlumat verilmir.
Bundan əvvəl İsveçin maliyyə naziri Elizabet Svantesson bildirib ki, onun ölkəsi Avropa İttifaqını dondurulmuş Rusiya aktivlərini Kiyev rejiminə yardıma yöndəndirilməsinə inandırmaq niyyətindədir.
Rusiya Federasiyası Prezidentinin sözçüsü Dmitri Peskov isə öz növbəsində bəyan edib ki, onun ölkəsi Qərbdə Rusiya aktivlərini qanunsuz ələ keçirilməsinin təşəbbüskarlarını və bu işin icraçılarını təqib edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 10 Oktyabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















