“Almaniya və Danimarkaya uçan dronlar Rusiyaya aiddir” Kansler Fridrix Merz
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Almaniya kansleri Fridrix Merz bildirib ki, son dövrdə Almaniya və Danimarkanın hava məkanında qeydə alınan pilotsuz uçuş aparatlarının (dronların) əksəriyyətinin Rusiyayla əlaqəli olması ehtimalı yüksəkdir.
“AzPolitika.info” xəbər verir ki, kansler bu barədə ARD televiziyasına müsahibəsində danışıb.
Merz deyib: “Biz hesab edirik ki, bu uçuşların böyük hissəsinin arxasında Rusiya dayanır. Lakin əhalini əmin edə bilərəm ki, indiyədək silahlı dronlardan istifadə nəticəsində hər hansı insident baş verməyib. Bu uçuşlar əsasən kəşfiyyat xarakteri daşıyır və əhalidə təşviş yaratmaq məqsədilə həyata keçirilir.”
Kanslerin sözlərinə görə, hazırda dronlara qarşı müdafiə və nəzarət vəzifəsi polisə həvalə olunub, lakin polis bunun üçün kifayət qədər texniki imkanlara malik deyil. Bu səbəbdən Almaniya hökuməti federal polis haqqında qanunda dəyişikliklər etməyi planlaşdırır.
Merz əlavə edib ki, hava təhlükəsizliyi ilə bağlı qanunun da yenidən nəzərdən keçirilməsi nəzərdə tutulur. Bu, silahlı qüvvələrin dronlara qarşı mübarizə səlahiyyətlərini dəqiqləşdirməyə və müdafiə imkanlarını gücləndirməyə şərait yaradacaq.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 06 Oktyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















