Almaniyada hərbi obyekt üzərində naməlum PUA lar qeydə alınıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Berlin, 7 avqust, AZƏRTAC
Almaniya Silahlı Qüvvələrinin (Bundesver) Şimali Reyn-Vestfaliya əyalətində yerləşən Mexernix şəhərindəki hərbi obyektinin üzərində naməlum pilotsuz uçuş aparatları (PUA) qeydə alınıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, obyektin üzərində ümumilikdə altı PUA uçuşu müşahidə edilib. Hadisə yerinə cəlb olunan polis əməkdaşları da pilotsuz uçuş aparatlarını görüblər. Bundesverin Operativ Komandanlığı isə ərazi üzərində iki uçan obyektin qeydə alındığını təsdiqləyib.
Hazırda insidentlə bağlı araşdırma aparır. Mexernixdə Almaniya Silahlı Qüvvələrinin “Patriot” hava hücumundan müdafiə sistemlərinə texniki xidmət göstərən hərbi mütəxəssislər fəaliyyət göstərirlər.
Bu hadisə Leypsiq-Halle hava limanında partlayıcı maddə ilə təchiz olunmuş PUA-nın aşkarlanmasından qısa müddət sonra baş verib. Həmin insidentdən sonra Almaniyada pilotsuz uçuş aparatlarından qaynaqlanan təhdidlərə qarşı müdafiə mexanizmlərinin gücləndirilməsi və hüquqi tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müzakirələr intensivləşib. Hadisə ilə əlaqədar bu gün Almaniya Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 07 Avqust 2026 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















