Icma.az
close
up
RU
Almaniyada odlu silah ticarəti ilə məşğul olan şəbəkə ifşa edilib

Almaniyada odlu silah ticarəti ilə məşğul olan şəbəkə ifşa edilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Berlin, 28 oktyabr, AZƏRTAC

Almaniyanın Şimali Reyn-Festvaliya əyalətinin Remşayd şəhərində keçirilən əməliyyat nəticəsində Avropanın ən təhlükəli silah qaçaqmalçılığı şəbəkələrindən biri ifşa olunub.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, şəhərin mərkəzindəki köşklərin birində siqaret və qəzetlə yanaşı, narkotik vasitə və odlu silahların satılması barədə polisə daxil olan məlumat əsasında əməliyyat keçirilib. Məxfi polis əməkdaşları köşkün sahibi Musa A. adlı şəxsdən revolver tipli tapança alaraq, onun silah ticarəti şəbəkəsi ilə əlaqəsini sübuta yetiriblər. Bundan sonra həmin şəxs həbs olunub və onunla əlaqədə şübhəli bilinən şəxslərin müəyyənləşdirilməsinə başlanılıb.

Əməliyyat tədbirlərinin davamında avtomobil ustasının evində axtarış aparılıb. Evdə yüzlərlə odlu silah, o cümlədən pulemyotlar, minaatanlar, partlayıcı maddələr və əl qumbaraları aşkarlanıb. Axtarış zamanı aşkarlanan gizli otaqda tüfənglər, tapançalar, pulemyotlar, yüzlərlə patron və digər vasitələr ələ keçirilib. Hadisə ilə bağlı üç nəfər barəsində silah və partlayıcı maddələrin qaçaqmalçılığı ittihamı üzrə araşdırma aparılır.

Bu əməliyyatın son illərdə Almaniyada iri silah alveri şəbəkəsinə qarşı ən uğurlu tədbirlərdən biri olduğu bildirilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 06:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri