Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İstanbul, 21 dekabr, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Xarici İşlər Nazirliyi Almaniyada Milad yarmarkasına edilən hücumla bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə XİN bəyanatında Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasında qəsdən törədilən hücumla bağlı dərin kədər hissi keçirdiklərini bildirib.
Hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı, yaralılara isə şəfa diləklərinin ifadə olunduğu açıqlamada, həmçinin deyilir: “Şiddətlə qınadığımız bu hücumun səbəbinin tezliklə aydınlaşdırılacağı və günahkarların ədalət qarşısında cavab verəcəyinə ümid edirik. Bu kədərli gündə Almaniyanın yanında olduğumuzu vurğulamaq istəyirik”.
XİN açıqlamasında hadisə zamanı Türkiyənin iki vətəndaşının yaralandığını, onların müalicələrinin xəstəxanalarda davam etdirildiyini, vəziyyətlərinin qənaətbəxş olduğunu bildirib.
Qeyd edilib ki, vəziyyət Türkiyənin Hannover şəhərindəki Baş konsulluğu tərəfindən yaxından izlənir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 21 Dekabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















