Icma.az
close
up
RU
Almaniyada yaşayan daha bir azərbaycanlı həkimin uğuru: Xərçəngin aşkarlaması və xərcsiz müalicəsi…

Almaniyada yaşayan daha bir azərbaycanlı həkimin uğuru: Xərçəngin aşkarlaması və xərcsiz müalicəsi…

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniyada fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin uğurlarına daha bir əlamətdar nailiyyət əlavə olunub.

Belə ki, Azərbaycan əsilli həkim Dr. med. Orxan Səfərov, MHBA Almaniyanın dövlət səviyyəli Mammografiya Skrininqi Proqramında Programmverantwortlicher Arzt (PVA-proqram üzrə məsul həkim) vəzifəsinə təyin edilib.

Bu vəzifə süd vəzi xərçənginin erkən aşkarlanması sahəsində həyata keçirilən milli profilaktik proqramın tibbi və təşkilati rəhbərliyini əhatə edir və yüksək peşəkarlıq, geniş təcrübə və ciddi keyfiyyət standartlarına uyğun fəaliyyəti tələb edir.

Mammography Screening proqramı niyə vacibdir?

-Süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən xərçəng növüdür

-Erkən aşkarlama sağalma ehtimalını artırır və müalicəni asanlaşdırır

-Şişlər simptomlar ortaya çıxmadan əvvəl müəyyən edilir

-Daha yüngül və orqanqoruyucu müalicə imkanı yaradır

Mammography Screening-in dövlət və şəhər üçün faydalarına gəlincə, ictimai sağlamlıq üçün xərçəngdən ölüm hallarının azalması iqtisadi baxımdan tibbi xərclərin və sığortanın üzərinə düşən yükün azalmasına səbəb olur. O cümlədən səhiyyə sisteminə inamın artması, qadınların sağlamlığının qorunması və profilaktik mədəniyyətin təşviqi də buraya aiddir.

Qeyd edək ki, həmyerlimiz Dr. med. Orxan Səfərov 2011-ci ildən etibarən Almaniyada yaşayır və tibbi fəaliyyət göstərir. O, ilkin olaraq Travmatologiya və Ortopediya sahəsində çalışıb. Daha sonra isə Radiologiya üzrə ixtisas həkimi kimi ixtisaslaşıb.

Dr. med. Orxan Səfərovun peşəkar fəaliyyətinə nəzər salsaq, bir çox uğulara imza atanlardandır desək yanlmarıq.

O, həmçinin 2021-ci ildə tibb üzrə doktorluq elmi dərəcəsini (Dr. med.) alıb.

2025-ci ildə Master of Health Business Administration (MHBA) təhsilini uğurla başa vurmuşdur.

1.01.2025– 31.12.2025 tarixləri arasında MVZ Radiologie Troisdorf tibb mərkəzində Ärztlicher Leiter (tibbi rəhbər) vəzifəsində çalışıb. Son dörd il ərzində, yəni 2021-ci ildən etibarən Dr. Səfərov senologiya  üd vəzinin diaqnostikası və süd vəzi xərçənginin erkən aşkarlanması sahəsində ixtisaslaşıb. Bu müddət ərzində isə Almaniyada həyata keçirilən Mammografiya Skrininqi Proqramında mütəmadi olaraq mammografiya görüntülərinin tibbi qiymətləndirilməsi ilə məşğul olub. Yeni vəzifəsinə gəlincə, 01.01.2026 tarixindən etibarən Dr. med. Orxan Səfərov Bonn-Euskirchen-Rhein-Sieg bölgəsi üzrə Programmverantwortlicher Arzt (PVA-proqram üzrə məsul həkim) vəzifəsini icra etməyə başlayıb.

Bəs Mammografiya Skrininqi Proqramı nədir?

Mammografiya Skrininqi Proqramı Almaniyada süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması məqsədilə həyata keçirilən milli profilaktik proqramdır. Proqram çərçivəsində 50–75 yaş arası qadınlar hər iki ildən bir skrininq mammografiyasından pulsuz istifadə etmək hüququna malikdirlər. Proqramın əsas məqsədi süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması, vaxtında müalicəyə başlanılması və bununla da xəstəlikdən ölüm hallarının azaldılmasıdır.

Programmverantwortlicher Arzt (PVA-proqram üzrə məsul həkim) vəzifəsinin əsas funksiyalarına gəlincə, proqramı tibbi və təşkilati icrasına cavabdeh olan əsas həkimdir. Onun əsas vəzifələrinə aşağıdakılar daxildir:

-Skrininq prosesinin tibbi rəhbərliyi və koordinasiyası

-Mammografiya müayinələrinin təşkilinə və keyfiyyətinə nəzarət

-Örüntülərin iki müstəqil həkim tərəfindən qiymətləndirilməsinin təmin edilməsi

-Qeyri-müəyyən hallarda əlavə qiymətləndirmə və tibbi qərarların verilməsi

Zərurət olduqda qadınların dəqiqləşdirici diaqnostikaya dəvət edilməsi:

-Konsensus iclaslarının və multidissiplinar tibbi müzakirələrin təşkili

-Keyfiyyətə nəzarət tədbirlərinin və tibbi standartların qorunmasının  təmin edilməsi.

Yeri gəlmişkən, Dr. med. Orxan Səfərovun fəaliyyət göstərdiyi Bonn-Euskirchen-Rhein-Sieg skrininq bölgəsi Almaniyanın ən böyük skrininq ərazilərindən biridir. Burada ümumi əhali sayı təxminən 1.090.000 nəfərdir. Skrininq hüququ olan qadınların sayı isə təxminən 205.000 nəfərə çatıb.

Qeyd edək ki, həmyerlimiz Azərbaycan əsilli həkim Dr. med. Orxan Səfərov bu cür proqramın gələcəkdə Azərbaycanda da səmərəli istifadəsi üçün tətbiq olunacağını, müayinə və mülaicə zamanı xərclərin azalmasına zəmin yaradacaqını vurğulayır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Yanvar 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri