Icma.az
close
up
RU
Xərçəngin təbii üsullarla müalicəsi

Xərçəngin təbii üsullarla müalicəsi

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Dünyada onkoloji xəstəliklərin müalicəsində iki metoddan istifadə edilir. Birinci metod ənənəvi olaraq 3 mərhələdən - cərrahiyyə, kimya və şüa terapiyasından ibarətdir. Bu metodda əsas fokus şişin özüdür.

Yəni, problemi həll etmək üçün törəməni yandıraraq, doğrayaraq və ya kəsərək onu aradan götürmək lazımdır. Naturopatik yanaşma isə bir az fərqlidir və həmin metoddan dünyanın qabaqcıl ölkələrində daha çox istifadə edilir. Naturopatik müalicə metodu şişi əmələ gətirən səbəbi araşdırır.

AZƏRTAC xəbər verir ki, onkoloq-cərrah İbrahim Əsədli onkoloji xəstəliklərin naturopatik müalicə metodu barədə danışıb.

Bildirib ki, naturopatiyaya görə, törəmə mütləq hansısa problemin təzahürüdür: Bədxassəli şişi aradan götürən zaman prosesə təsir göstərilmirsə, onsuz da törəmə bir müddət sonra yenidən baş qaldıracaq. Kimya və şüa terapiyasının yan təsirləri çoxdur və müsbət nəticə əldə etmək çox çətindir. Xərçəng xəstələrinin naturopatik müalicəsi isə 95-98 faiz hallarda müsbət nəticə verir. İstənilən xərçəng xəstəliyi psixosomatikdir. Nəzərə almaq lazımdır ki, insan təkcə cisimdən ibarət deyil, onun təfəkkürü və ruhu da var. Ona görə də psixosomatik əlaqələri nəzərə almadan istənilən xəstəliyi müalicə etmək çətindir. Xərçəngin yaranmasında da psixosomatik əlaqələr izlənilməlidir”.

Həkim-mütəxəssisin dediyinə görə, istənilən xəstəlik ali sinir sistemindən başlayır, hansısa qəfləti və ya xroniki təkrarlanan stres nəticəsində şüuraltında qüsurlu dövran ocağı yaranır: “Bioloji konfliktin məzmunundan asılı olaraq qüsurlu dövran ocağı hansısa orqanda damarı sıxır və oksigen çatışmazlığı yaranır. Hüceyrələr oksigenli maddələr mübadiləsindən oksigensizə keçməyə məcbur olur. Belə olan halda hüceyrələr daha tez bölünməyə başlayır və əhatələri olmadığı üçün ətraf toxumalara sirayət edirlər, nəticədə şiş yaranır. Əslində, şiş tez parçalanan olduğu üçün bir sıra dərman preparatlarından istifadə edərək onu parçalaya bilərik, lakin nəzərə almaq lazımdır ki, bədəndə, həmçinin bağırsaq, qan, qaraciyər və digər toxumalarda olan hüceyrələr də tez parçalanır. Beləcə, biz şiş hüceyrələrini parçalamaq istəyərkən bizə lazım olan hüceyrələri də parçalamış olarıq. Ona görə də ehtiyatlı davranmaq lazımdır”.

Naturopatik müalicə metodu ilə xəstəni sağaltmaq üçün bədən mütləq zəhərli maddələrdən təmizlənməlidir, çünki şiş orqanizmdə olan tullantılar nəticəsində əmələ gəlir. Həmin tullantılar bədəndən təmizlənmədikdə orqanizm tükənir və insan həyatını itirir. Cisim imalələr vasitəsilə təmizlənir. Detokslar, aktivləşmiş kömür, polisorflar, vulkanik minerallar və s. müxtəlif içəcəklər də faydalı vasitələrdir. Nəzərə almaq lazımdır ki, bədəndə xarici təsirlərlə birbaşa məruz qalan əsasən tənəffüs və mədə-bağırsaq sistemidir. Bu orqanlar təmiz olduqda bütün bədəndə stabillik təmin olunur. Təmizlənmiş bədən doğru maddələrlə dolmalıdır. Belə maddələr də təbii ki, təbiətdən alınan müxtəlif şirələr, meyvələr və sairdir.

Ümumiyyətlə sənaye şəkəri, ət, süd və mayalı ağ çörək bütün xərçəng xəstələrinə qadağandır. Xəstələr şəkər əvəzinə xurma, kişmiş, qaysı istifadə edə bilərlər. Eyni zamanda xərçəng xəstələri qatıq da istifadə edə bilər. Ət məhsullarında 1-2 ay az istifadə etmək lazımdır ki, bədəndə turşuluq azalsın. Çünki bir çox xəstəliklər turşulu mühitdə inkişaf edir, qələvi mühitdə isə azalır.

Bədənlə yanaşı, həmçinin təfəkkür və ruh da təmizlənməlidir. On illik fəaliyyətimiz dövründə bu üsulla 1000-dən çox xəstəni sağaltmışıq. Naturopatik metodla xərçəng xəstələrinin bir-iki aya sağaltmaq mümkün olur. Sağalma müddəti şişin yayılma genişliyindən və yaranma vaxtından asılıdır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see396

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see363

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see359

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see325

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see321

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see313

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see245

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see220

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see212

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see211

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see208

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see206

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see204

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see194

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see193

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see189

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see187

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri