Icma.az
close
up
RU
Almaniyada yeni koalisiya hökuməti rəsmən fəaliyyətə başlayıb

Almaniyada yeni koalisiya hökuməti rəsmən fəaliyyətə başlayıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Berlin, 6 may, AZƏRTAC

Almaniyada Kansler Fridrix Mertsin başçılıq etdiyi yeni hökumət mayın 6-da andiçmə mərasimindən sonra rəsmən fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, Bundestaqda keçirilən səsvermənin ikinci turunda kansler seçilən Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Mertsə Almaniya Prezidentinin iqamətgahında - “Bellevue” sarayında Frank-Valter Ştaynmayer tərəfindən Kansler sənədi təqdim edilib. Bununla da kansler səlahiyyətləri Fridrix Mertsə keçib.

Yeni hökumətdə yer alan nazirlər də Federal Prezident tərəfindən vəzifələrə təyin olunublar.

Almaniya Prezidenti yeni hökumətin ciddi çətinliklərin yaşandığı dövrdə fəaliyyətə başladığını qeyd edərək bildirib: “Bu, elə bir dövrdür ki, iqtisadiyyatımız üçün yeni böyüməyə, demokratiyamıza yeni inama, daxildə və xaricdə yeni müdafiə qabiliyyətinə, diplomatiyada isə yeni səylərə ehtiyacımız var”.

Sonra Bundestaqda Kansler və nazirlərin andiçmə mərasimi keçirilib və bununla da yeni koalisiya hökuməti rəsmən fəaliyyətə başlayıb.

Xatırladaq ki, Federal Kanslerin seçilməsi üçün Bundestaqın 630 deputatından 316-sının səsi tələb olunur. Koalisiya hökumətində yer alan partiyalar - CDU, Xristian Sosialistlər İttifaqı (CSU) və Sosial Demokrat Partiyası (SPD) parlamentdə 328 deputat mandatına sahib olduğundan F.Mertsin ilk turda Kansler seçilməsi gözlənilirdi. Lakin gözlənilmədən birinci turda F.Mertsin Kansler seçilməsinin lehinə 310, əleyhinə 307 nəfər səs vermiş, 3 nəfər bitərəf qalmışdı. Birinci turdakı məğlubiyyətdən sonra partiyaların parlament fraksiyaları arasında aparılan məsləhətləşmələr nəticəsində ikinci turun da bu gün keçirilməsi qərara alınmışdı. Günortadan sonra keçirilən ikinci turda F.Merts lazımi səs çoxluğunu toplayaraq Almaniyanın 10-cu Federal Kansleri seçilib. Onun lehinə 325, əleyhinə isə 289 nəfər səs verib.

İxtisasca hüquqşünas olan F.Merts 1955-ci ildə Almaniyanın Brilon şəhərində doğulub. Uzun illər siyasətdə məşğul olan F.Merts 1989-1994-cü illərdə Avropa Parlamentinin üzvü, 1994–2009-cu illərdə, 2021-ci ildən etibarən isə Almaniya Bundestaqının deputatı olub. O, 2000–2002-ci illərdə CDU/CSU parlament fraksiyasının rəhbəri kimi fəaliyyət göstərib. 2022-ci ildən CDU-nun sədri olan F.Merts iqtisadiyyatın canlandırılması, infrastrukturun modernləşdirilməsi və Ukraynaya dəstəyin davam etdirilməsi kimi məsələləri prioritet olaraq müəyyənləşdirib.

Qeyd edək ki, Bundestaq seçkisindən və uğurlu koalisiya danışıqlarından sonra təyin edilmiş Kanslerin parlamentdə səsvermənin birinci turunda uğursuzluğa düçar olması Almaniya tarixində ilk dəfə baş verib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri