Icma.az
close
up
RU
Almaniyada koalisiya hökuməti yeni iqtisadi və sosial islahatlara hazırlaşır

Almaniyada koalisiya hökuməti yeni iqtisadi və sosial islahatlara hazırlaşır

Icma.az, Azertag saytına istinadən bildirir.

Berlin, 4 sentyabr, AZƏRTAC

Almaniyada koalisiya hökumətdə yer alan tərəfdaş partiyalar – Xristian Demokratlar İttifaqı (CDU), Xristian Sosialistlər İttifaqı (CSU) və Sosial Demokratlar Partiyası (SPD) ölkənin iqtisadi və sosial problemlərinə birlikdə həll tapmaq niyyətində olduqlarını bəyan ediblər.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə koalisiya komitəsində aparılan müzakirələrdən sonra mətbuat nümayəndələri üçün brifinqdə məlumat verilib. Tərəflər müzakirələrdən sonra sənaye, avtomobil istehsalı və sosial dövlət sahələrində geniş islahatlar aparmaq barədə razılığa gəldiklərini açıqlayıblar.

Federal Kansler Fridrix Merts çətin durumda olan polad sənayesini dəstəkləmək üçün sənaye və həmkarlar ittifaqlarının nümayəndələri ilə görüş keçirəcəyini açıqlayıb. Kansler avtomobil sənayesinin gələcəyi ilə bağlı da geniş dialoqa start verəcəyini bildirib. Koalisiya tərəfdaşları sosial təminat sisteminin əsas funksiyalarını qoruyaraq onu daha effektiv və ədalətli hala gətirməyi planlaşdırır.

Koalisiyanın prioritetləri arasında Almaniya iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, iş yerlərinin qorunması və yenilərinin açılması məsələlərinin yer aldığı qeyd olunub. SPD-nin həmsədri Berbel Bas hökumət daxilindəki ictimai çəkişmələrə son qoyulmasının və diqqətin ortaq məqsədlərə yönəlməsinin vacibliyini bildirib.

SPD-nin digər həmsədri və vitse-kansler Lars Klinqbayl və CSU-nun sədri Markus Zöder qarşıdakı ayların ölkə üçün həlledici olduğunu vurğulayıblar. L.Klinqbayl federal büdcədəki kəsirin bağlanması üçün ədalətli ümumi paketin hazırlanacağını bildirib.

Qeyd edək ki, “Payız islahatları” çərçivəsində hökumət əsasən sosial təminat, pensiya və bələdiyyə maliyyəsi sahələrində dəyişikliklər nəzərdə tutur. Koalisiya tərəfdaşları sosial dəstək sistemi – vətəndaş müavinəti ilə bağlı sərt qaydalar tətbiq etməklə ilk mərhələdə 1,5 milyard avro, sonrakı illərdə isə 5 milyard avroya qənaət planlaşdırır. Büdcə planına əsasən, Almaniyanın dövlət xərcləri 2026-cı ildə 520 milyard avroya, 2029-cu ildə isə 572 milyard avroya çatacaq. Müdafiə xərcləri 2026-cı ildə 32 faiz artaraq 108 milyard avroya yaxınlaşacaq. Koalisiya, həmçinin sosial dövlətin strukturunu sadələşdirmək üçün yeni komissiyanın işinə start verib. Bu orqan ilin sonunadək vətəndaşlıq müavinəti, yaşayış yardımı və uşaq müavinətlərinin optimallaşdırılması barədə təkliflər təqdim edəcək.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 04:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri