Icma.az
close
up
RU
Almaniyadan ABŞ Rusiya gizli danışıqlarına zərbə

Almaniyadan ABŞ Rusiya gizli danışıqlarına zərbə

Icma.az bildirir, Ayna portalına istinadən.

Berlin ABŞ-ın “Şimal axını 2” layihəsini işə salmasının qarşısını almağa qərar verib

Almaniya hökuməti ABŞ və Rusiya arasında gizli danışıqlar fonunda “Şimal axını 2” qaz kəmərinin işə salınmasına mane olacaq tədbirləri nəzərdən keçirir. Bu barədə Almaniya hökumətindəki mənbələr “Bild”ə deyiblər.

Onların sözlərinə görə, Rusiya yanacağının qaz kəməri ilə Avropaya tədarükü ilə bağlı sövdələşmə barədə şayiələr uzun müddətdir ki, dolaşır. Eyni zamanda, Berlin Vaşinqtonun Moskva ilə müvafiq saziş bağlaya biləcəyini “real ssenari” hesab edir.

“Bild”in həmsöhbətləri qeyd ediblər ki, Almaniya hökuməti məhz buna görə “Şimal axını 2”nin qarşısını almaq üçün rıçaqlar axtarır.

Daha əvvəl “Financial Times” (FT) mənbələri “Şimal axını 2”nin keçmiş baş direktoru Mattias Uorniqin amerikalı investorların köməyi ilə qaz kəmərini yenidən işə salmağa çalışdığını bildirmişdilər. Xüsusilə də nəşrin “Vladimir Putinin yaxın müttəfiqi” adlandırdığı Uorniq ABŞ Prezidenti Donald Trampın komandası ilə əlaqə axtardığı və “Şimal axını 2”nin Ukrayna üçün gələcək sülh sazişinə daxil edilməsini təklif edir. Eyni zamanda, Vaşinqtondakı rəsmilər arasında olan FT mənbələri qeyd edib ki, Tramp administrasiyasının üzvləri bu təklifdən xəbərdardırlar və bunu Moskva ilə münasibətlərin yenidən qurulmasının bir hissəsi kimi görürlər.

“Bild” öz növbəsində yazıb ki, ABŞ və Rusiya bir neçə həftədir qaz kəmərinin işə salınması ilə bağlı danışıqlar aparır. Nəşrin yazdığına görə, Amerika tərəfi Rusiya qazının Almaniyaya “Şimal axını 2” vasitəsilə nəqlində vasitəçi kimi çıxış etmək istəyir, ancaq özəl şirkətlər səviyyəsində.

Eyni zamanda, danışıqların potensial iştirakçılarından biri, ABŞ Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Riçard Qrenell Rusiya nümayəndələri ilə bu məsələnin müzakirəsini təkzib edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bu məsələ ilə bağlı məlumatı olmadığını bildirib.

Ötən ilin sonunda amerikalı investor Stiven Linç “Şimal axını 2” hərraca çıxarılacağı təqdirdə onu almağa hazır olduğunu bəyan edib. O, qaz kəmərinə nəzarətin ABŞ hökumətinin maraqlarına uyğun olduğunu vurğulayıb. İnvestor, aktivi əldə etsə, onu "derusiyalaşdıracağına" zəmanət verib.

2022-ci ilin sentyabrında “Şimal axını” partladılandan sonra “Şimal axını 2”nin yalnız bir xətti salamat qalıb. Almaniya Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibənin başlaması ilə əlaqədar sertifikatlaşdırma prosesini dayandırdığı üçün qaz kəməri istismara verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://ayna.az
archiveBu xəbər 05 Mart 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see321

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see266

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see249

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see239

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see239

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see213

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see213

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see190

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see188

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see187

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see186

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see184

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see184

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see174

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see169

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see157

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see148

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri