Almaniyanın Hessen əyalətində bir evdə üç nəfərin meyiti tapılıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Berlin, 25 oktyabr, AZƏRTAC
Almaniyanın Hessen əyalətinin Solms şəhərində bir evdə üç nəfərin meyitinin tapılması ilə əlaqədar polis araşdırma aparır.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, axşam saatlarında polisə bir neçə dəfə zəng edilərək evlərdən birinin həyətində yaralı şəxsin olması barədə məlumat verilib. Hadisə yerinə çatan polis əməkdaşları başından xəsarət almış bir nəfəri aşkarlayaraq xəstəxanaya yerləşdiriblər.
Həmin evdə axtarış aparılan zaman üç nəfərin meyiti müəyyən aşkarlanıb. Prokurorluq və polis əməkdaşları hadisənin səbəblərinin və ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparırlar. Xəstəxanada müalicə olunan yaralı şəxs hadisə ilə bağlı şahid qismində dindirilir.
Polis araşdırmaların davam etdirildiyini və yaxınlıqda yaşayan sakinlər üçün təhlükə olmadığını açıqlayıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 25 Oktyabr 2025 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















