Almaniyanın Reynland Pfalts əyalətində bir evdə üç nəfərin meyiti aşkarlanıb
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
Almaniyanın Reynland-Pfalts əyalətinin Vestervald bölgəsindəki bir evdə üç meyit aşkarlanıb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, polis həmin şəxslərin qətlə yetirildiyini, cinayəti törətməkdə şübhəli bilinən bir nəfərin axtarıldığını açıqlayıb.
Əhali üçün hər hansı təhlükənin olmamasına baxmayaraq, hadisənin baş verdiyi Vaytefeld icmasının və ətraf ərazilərin sakinlərinə evdə qalmaları, bayırda gəzməmələri və yol kənarlarında tanımadıqları şəxsləri avtomobilə mindirməmələri barədə xəbərdarlıq edilib.
Cinayətin təfərrüatları və səbəbləri, həmçinin ölənlərin şəxsiyyətləri araşdırılır. Hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub. Təxminən 2200 nəfər əhalisi olan icmanın ərazisinə girmək və ya oradan çıxmaq istəyən avtomobillər yoxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 06 Aprel 2025 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















