Almaniyanın nəhəng enerji şirkəti Azərbaycan bazarını tərk edir
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Uniper Global Commodities” şirkətinin Azərbaycandakı nümayəndəliyi (VÖEN – 1701647451) ləğv olunur.
Yeniavaz.com xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96E, mənzil 19 ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, ləğv olunduğunu elan edən şirkət 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nümayəndəliyin qanuni təmsilçisi Hüseynov Pərviz İlham oğludur.
Onu da bildirək ki, “Uniper Global Commodities SE” Almaniyanın Düsseldorf şəhərində yerləşən enerji ticarəti şirkətidir. Şirkət “Uniper” qrupunun beynəlxalq ticarət fəaliyyətlərini həyata keçirir və əsasən elektrik enerjisi, təbii qaz, LNG və digər enerji xammalı ilə bağlı əməliyyatlar aparır.
Şirkət beynəlxalq əmtəə bazarlarını birləşdirir, enerji alqı-satqısı, bazarlara çıxış və risklərin idarə edilməsi ilə məşğul olur. “Uniper” qrupunun özü isə Avropada fəaliyyət göstərən böyük enerji şirkətlərindən biridir və 40-dan çox ölkədə fəaliyyət göstərir.
“Uniper”in 2025-ci il maliyyə hesabatına görə, şirkətin 2025-ci ildə satış gəliri 61 milyard avro təşkil edib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Türkiyə şirkəti Azərbaycan bazarını tərk edir
01 Mart 2025 08:53
Almaniyanın nəhəng avtomobil istehsalı şirkəti futboldan çəkilir
07 Sentyabr 2026 09:21
“Porsche” şirkəti Almaniyanın əsas birja indeksini tərk edir
04 Sentyabr 2025 20:02
Azərbaycan Almaniyanın enerji marağında
04 Sentyabr 2026 11:36
Baxış sayı:95
Bu xəbər 14 Sentyabr 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















