Icma.az
close
up
RU
Azərbaycan Almaniyanın enerji marağında

Azərbaycan Almaniyanın enerji marağında

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycanda infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan enerjinin saxlanılması həlləri” mövzusunda keçirilən vebinar keçirilib. Vebinarda ölkəmizin enerji sisteminin inkişafı ilə bağlı görülən işlər barədə və digər məsələlər ətrafında məlumat verilib.

İlk olaraq, Azərbaycan Almaniyanın Enerji Həlləri Təşəbbüsünün 2026–2027-ci illər üzrə prioritet bazarları siyahısına daxil edilməsi ilə bağlı müzakirə təşkil olunub. Bu barədə Bərpa Olunan Enerji Akademiyasının (RENAC AG) beynəlxalq ticarətə dəstək şöbəsinin direktoru Lora Şarlax məlumat verib.

Onun sözlərinə görə, 20 ildən artıqdır fəaliyyət göstərən təşəbbüsün əsas məqsədi qabaqcıl enerji texnologiyaları vasitəsilə yeni bazarların öyrənilməsində Almaniyanın kiçik və orta müəssisələrinə dəstək olmaq və qlobal iqlim mühafizəsinə töhfə verməkdir. Təşəbbüs enerji istehsalı, “yaşıl hidrogen”, geotermal texnologiyalar, enerji infrastrukturu və enerji səmərəliliyi daxil olmaqla geniş istiqamətləri əhatə edir.

L.Şarlax bildirib ki, təşkilat 80-dən çox ölkədə fəaliyyət göstərir və dünyanın müxtəlif regionlarında 150-yə yaxın layihə həyata keçirir. Onun sözlərinə görə, Azərbaycan və Mərkəzi Asiya dövlətləri 2026–2027-ci illər üçün hədəf bazarlar sırasına daxil edilib.

Alman–Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) maraqlı tərəflərlə əlaqələr və tərəfdaşlıq şöbəsinin rəhbəri Yuliya Eqel bildirib ki, səfər çərçivəsində Azərbaycanın Energetika Nazirliyinin nümayəndələri ilə görüşün keçirilməsi və birgə fəaliyyət imkanlarının müzakirəsi nəzərdə tutulur.

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkəsi olmaqla yanaşı, yüksək iqtisadi artım dinamikası nümayiş etdirir. Qeyri-neft-qaz sektorunda İKT, turizm və nəqliyyat əsas hərəkətverici qüvvələr kimi qiymətləndirilir.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Fuad Müştaqov bildirib ki, Azərbaycanın Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə apardığı birgə tədqiqat ölkənin enerji infrastrukturu üzrə inkişaf yol xəritəsinin hazırlanmasına imkan verəcək.

Onun sözlərinə görə, aprelin 6-da EPPEI ilə enerji şəbəkəsinin hərtərəfli təhlilinə dair saziş imzalanıb. Tədqiqat çərçivəsində generasiya və iqtisadi dispetçerləşdirmənin modelləşdirilməsi üçün PLEXOS, şəbəkənin statik və dinamik dayanıqlığının qiymətləndirilməsi üçün isə “DIgSILENT PowerFactory” proqramlarından istifadə edilir. Tədqiqat 22 müxtəlif ssenarini əhatə edir.

O bildirib ki, Azərbaycan hazırda Milli Hidrogen Strategiyasının həyata keçirilməsi planını da hazırlayır. Norveçin “DNV Energy Systems” şirkəti tərəfindən aparılan tədqiqat əsasında hazırlanacaq plan 9 əsas istiqaməti əhatə edəcək.

“SOCAR Green” şirkətinin Texnologiyalar və innovasiyalar departamentinin direktoru Elçin Tarquliyev isə bildirib ki, Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə hibrid obyektlər konsepsiyası üzərində aktiv iş aparılır. Onun sözlərinə görə, ölkədə Batareya Enerji Saxlanc Sistemlərinin (BESS) inteqrasiyasının ilkin mərhələsi həyata keçirilir. Hazırda hər biri 125 MVt gücündə iki layihə reallaşdırılıb və həmin sistemlər şəbəkə operatorunun mülkiyyətində və idarəçiliyindədir. O, həmçinin Azərbaycanda hər biri 200 MVt gücündə nəzərdə tutulan üç ofşor külək layihəsinin ilkin qiymətləndirmə mərhələsində olduğunu bildirib. Onun sözlərinə görə, ilkin proqnozlara əsasən, 2040-cı ilədək Azərbaycanda ofşor külək enerjisi istehsalının gücü təxminən 6–7 QVt-a çata bilər. Beynəlxalq Maliyyə Korporasiyasının qiymətləndirməsinə əsasən, Azərbaycanın dəniz külək enerjisi üzrə texniki potensialı 150 QVt-dan çoxdur, kommersiya baxımından reallaşdırıla bilən potensial isə ilkin hesablamalara görə təxminən 38 QVt təşkil edir.

Vebinarda Almaniyanın “Allianz Trade” ixrac-kredit agentliyinin Azərbaycandakı bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsinə yanaşması da açıqlanıb.

Agentliyin Afrika, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya bölməsinin anderrayteri Annika Rixter-Raxman bildirib ki, Azərbaycanda bərpa olunan enerji layihələri üçün təqdim edilən sığorta təminatının həcmində sabit limit müəyyən edilməyib.

A.Rixter-Raxmanın sözlərinə görə, Almaniya təchizatçılarından mal və xidmətlər alan Azərbaycan şirkətləri üçün uzunmüddətli kreditləşmə imkanları mövcuddur. Standart kreditlər üzrə ödəniş müddəti 15 ilədək, ekoloji və “yaşıl” layihələr üzrə isə 22 ilədək ola bilər.

O qeyd edib ki, “yaşıl” layihələrdə Almaniya komponentinin payına dair tələblər də daha çevikdir. Belə layihələrdə Almaniya iştirakının minimum həddi 30 faiz təşkil edir, standart sövdələşmələrdə isə bu göstərici 51 faizdir.

Beləliklə, vebinarda səsləndirilən açıqlamalar Azərbaycan-Almaniya enerji əməkdaşlığının bərpa olunan enerji, enerji saxlanc sistemləri, elektromobillik, rəqəmsallaşma və infrastruktur istiqamətlərində genişləndirilməsi üçün yeni imkanların formalaşdığını göstərib.

N.ABDALOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri