Almaniyanın xarici işlər naziri: Bizim ambisiyamız Avropanı dünyanın iqlim üzrə ilk neytral qitəsinə çevirməkdir AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 21 noyabr, AZƏRTAC
Amerika Birləşmiş Ştatları iqlim siyasətində öz rolu ilə bağlı geriyə doğru addım atarsa, o zaman “Hər şeydən öncə Amerika” devizinə qarşı Avropa olaraq cavabımız “Birləşmiş Avropa” olacaq. Bu cavab iqlimin qorunması, Yeni Yaşıl Razılaşma, ilk növbədə isə bizim qitədə iqlimə investisiyalar üçün daha çox işlər görməkdən ibarət olacaq. Bizim ambisiyamız Avropanı dünyanın iqlim üzrə ilk neytral qitəsinə çevirməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok COP29 iqlim konfransı çərçivəsində mətbuat konfransında səsləndirib.
O bildirib ki, gələcəyin iqtisadi qüdrəti kimin daha sürətlə yaşıl transformasiya ilə irəliləyəcəyindən asılı olacaq. Bu transformasiya digər dövlətlərə və ya qitələrə qarşı çevrilmiş fəaliyyət kimi anlaşılmamalıdır. Bu yolda birlikdə irəliləmək hamının güclənməsinə səbəb olacaq: “Ona görə də biz həm öz ölkəmizdə, həm də dünyanın müxtəlif yerlərində yaşıl transformasiya üçün investisiyalarımızın həcmini artıracağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 21 Noyabr 2024 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















