Almaniyaya federal qəbul proqramı çərçivəsində 14 əfqan gətirilib
Icma.az bildirir, Azertag portalına istinadən.
Berlin, 31 oktyabr, AZƏRTAC
Almaniyanın Əfqanıstan üçün federal qəbul proqramı çərçivəsində ölkəyə giriş icazəsi olan 14 əfqan gətirilib.
AZƏRTAC “Stern” jurnalına istinadla xəbər verir ki, onlar ölkəyə qəbul edilmələrinə dair barələrində məhkəmə qərarı olan şəxslərdir. Pakistanda qalan əfqan qaçqınları Almaniyaya gətirmək üçün bundan əvvəl iki uçuş həyata keçirilib. Xüsusilə təhlükə altında olan əfqanlar bu yolla Almaniyaya gətirilərək müxtəlif federal əyalətlərə yerləşdirilib.
Əfqanıstanda alman missiyasında çalışan və əməkdaşlıq edən şəxslər və onların ailə üzvləri, eləc ədə Taliban tərəfindən təqib olunan vəkillər və ya jurnalistlər, insan hüquqları müdafiəçilərinin ölkəyə qəbul olunmasını nəzərdə tutan proqram may ayında Almaniyada yeni hökumətin fəaliyyətə başlamasından sonra dayandırılmışdı. Buna baxmayaraq, bəzi şəxslər və onların ailə üzvləri Almaniya məhkəmələrində qaldırdıqları iddiaların müsbət nəticələnməsi sayəsində ölkəyə gələ biliblər. Almaniya hökumətinin məlumatına görə, hazırda Pakistanda təxminən 1910 nəfər Əfqanıstan üzrə qəbul proqramına daxil olan şəxs yaşayır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 31 Oktyabr 2025 04:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















