Icma.az
close
up
RU
Pakistana sığınmış əfqan ailələrin daha bir qrupu Almaniyaya gətirilib

Pakistana sığınmış əfqan ailələrin daha bir qrupu Almaniyaya gətirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Berlin, 1 sentyabr, AZƏRTAC

Almaniyada yeni hökumətin fəaliyyətə başlamasından sonra qəbul icazəsi almış əfqan ailələrinin ilk qrupu ölkəyə gətirilib.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, 45 nəfərdən ibarət bir neçə ailə Pakistanın paytaxtı İslamabaddan Hannoverə gətirilib.

Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, hazırda Pakistanda Almaniyaya qəbul icazəsi olan təxminən 2100 əfqan qalmaqdadır. Hökumət xüsusi risk altında olan əfqan vətəndaşların qəbul proqramını may ayında dayandırmışdı. İndi bəzi ailələrin Almaniyaya daxil olmasına səbəb onların Almaniya məhkəmələrində qaldırdıqları iddiaların təmin edilməsidir. Məsələ Pakistan hakimiyyətinin aralarında Almaniyaya qəbul icazəsi almış bəzi şəxslərin də olduğu əfqanları öz ölkələrinə deportasiyasına başlaması ilə daha təcili xarakter alıb.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful vəziyyəti “son dərəcə çətin” adlandıraraq bildirib ki, koalisiya könüllü qəbul proqramlarını dayandırmaq barədə razılaşıb. Lakin, qanuni qüvvəyə minmiş qəbul icazələrinə əməl edilməli və onlar həyata keçirilməlidir. Nazir əlavə edib ki, açıq qalan müraciətlərin hüquqi baxımdan yekunlaşdırılması üçün Pakistan hökuməti ilin sonuna qədər möhlət verib. Qəbul icazələrinin hüquqi qüvvəsi nəzərdən keçirildikdən sonra hər bir müraciətçi üçün təhlükəsizlik yoxlaması keçiriləcək.

Qeyd edək ki, Pakistana sığınmış həmin şəxslər əsasən Almaniyanın Əfqanıstandakı hərbi missiyası zamanı yerli əməkdaş kimi fəaliyyət göstərən, həmçinin Taliban rejiminə qarşı ictimai fəaliyyətinə görə həyatı təhlükə altında olan şəxslər və onların ailə üzvləridir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri