Icma.az
close
up
RU
Almaniyaya əfqan mirantların qəbulu hökumət dəyişikliyinə qədər dayandırılıb

Almaniyaya əfqan mirantların qəbulu hökumət dəyişikliyinə qədər dayandırılıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Berlin, 23 aprel, AZƏRTAC

Almaniya əvvəlcədən qəbul zəmanəti verilmiş Əfqanıstan vətəndaşlarının ölkəyə gətirilməsini hökumət dəyişikliyinə qədər dayandırıb.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, hazırkı hökumət Almaniyaya qəbul zəmanəti verilən 2600 nəfər Əfqanıstan vətəndaşının ölkəyə gətirilib-gətirilməməsi barədə qərarın yeni hökumət tərəfindən veriləcəyini açıqlayıb. Almaniyaya gətirilməsi nəzərdə tutulan əfqan miqrantlara Taliban tərəfindən təhdid edilən insan hüquqları fəalları və mədəniyyət işçiləri də daxildir. Hazırda Pakistanda qalan və qəbul zəmanətləri olan həmin şəxslər Almaniyaya gətirilmələrini gözləyirlər.

Xristian Demokratlar İttifaqı (CDU), Xristian Sosialistlər İttifaqı (CSU) və Sosial Demokratlar Partiyası (SPD) arasında razılaşdırılan koalisiya müqaviləsində könüllü qəbul proqramlarının mümkün qədər dayandırılacağı və yeni proqramların başlanmayacağı qeyd olunub. SPD jurnalistlər və ya Taliban rejiminin tənqidçiləri kimi təhdid altında olan insanlara verilən qəbul zəmanətlərinin yerinə yetirilməsini vacib hesab edir. Yeni hökumətin Daxili İşlər Nazirliyi isə bu zəmanətləri diqqətlə yoxladıqdan sonra onların geri götürülüb-götürülməyəcəyi barədə qərar verəcək.

Bundestaqda Kansler seçkisi mayın 6-da keçiriləcək. Buna qədər isə koalisiya müqaviləsi partiyalar tərəfindən təsdiqlənməlidir. CSU-nun İdarə Heyəti aprelin 10-da müqaviləni təsdiqləyib. CDU aprelin 28-də partiya konqresində, SPD isə aprelin 29-dək müqaviləni səsverməyə çıxaracaq.

Almaniyaya müxtəlif qəbul proqramları vasitəsilə indiyədək 36,3 min nəfər Əfqanıstan vətəndaşı gətirilib. Əfqanıstan üzrə qəbul proqramı çərçivəsində Almaniyaya gətirilən şəxslər üçün ümumilikdə 150 milyon avrodan çox vəsait xərclənib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri