Icma.az
close
up
RU
Almanlar Trampın üzr istəməsini tələb edirlər

Almanlar Trampın üzr istəməsini tələb edirlər

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius “ARD” telekanalının efirində yayımlanan Karen Miosqanın tok-şousunda belə deyib.
“Trampın sözləri sadəcə ədəbsizlik və hörmətsizlikdir. Bu baxımdan, ABŞ prezidentinin üzrxahlığı ədəb, hörmət və sağlam düşüncə əlaməti olacaq. Ancaq biz hamımız Amerika prezidentinin necə fəaliyyət göstərdiyini bilirik”, - Almaniyanın Müdafiə naziri söyləyib.
Pistorius Pentaqonun rəhbəri Pite Heqsetlə “görüşən kimi” bu vəziyyəti müzakirə edəcəyini diqqətə çatdırıb.
- Mən Amerika xalqının nailiyyətlərinə böyük hörmətlə yanaşıram və Birləşmiş Ştatlar 70 ildir bizim müttəfiqimizdir. Amma hörmət qarşılıqlı olmalıdır”, - almanliyalı siyasətçi bildirib.
Bundan əvvəl, yanvarın 24-də “Bild” qəzetinə müsahibəsində Donald Trampın bəyanatını şərh edən Boris Pistorius alman əsgərlərinin Əfqanıstanda ümumilikdə 19 il olduğunu və Almaniyanın NATO missiyası zamanı “ağır bədəl ödədiyini” vurğulayıb.
“59 əsgər və üç polis zabiti döyüşlərdə, hücumlarda və ya qəzalarda həlak olub. Yaralı əsgərlərin bir çoxu hələ də aldıqları həm ruhi, həm də fiziki travmadan əziyyət çəkirlər. Eyni vəziyyət onların ailələrinə də aiddir, onlar bu ağrını ömürləri boyu çəkəcəklər”, - Almaniyanın Müdafiə naziri vurğulayıb.
Xatırladaq ki, yanvarın 22-də “Fox Business” telekanalına müsahibəsində NATO müttəfiqlərinin lazım gələrsə ABŞ-yə kömək etməyəcəyini bildirən Donald Tramp 2001-2021-ci illərdə Əfqanıstandakı missiyalarda digər alyans ölkələrinin əsgərlərinin iştirakına aydınlıq gətirib.
- Bizim onlara heç vaxt ehtiyacımız olmayıb. Biz onlardan heç vaxt heç nə istəməmişik. Deyəcəklər ki, Əfqanıstana bir neçə qoşun göndəriblər və bu, doğrudur. Amma onlar bir az geridə olublar, bir az cəbhə xəttindən kənarda qalıblar”, - Amerika lideri iddia edib.
Bunun cavabında Böyük Britaniya hakimiyyəti xatırladıblar ki, NATO Müqaviləsinin 5-ci maddəsi yalnız bir dəfə - 11 sentyabr 2001-ci il terror hücumlarından sonra müttəfiqlər Birləşmiş Ştatların köməyinə gəldiyi zaman tətbiq edilib. Məhz bu dəstək çərçivəsində alyansın qoşunları Əfqanıstana yeridilib.
- Trampın şərhləri “təhqiredici və həqiqətən də qorxulu” dur. Bu, Əfqanıstan missiyası zamanı həlak olanların və ya yaralananların ailələrinə əzab verir”, - Böyük Britaniyanın baş naziri Kir Starmer, öz növbəsində, Trampa iradını bildirib.
Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış da, müttəfiqlik öhdəliklərinə sadiqlik sərgiləmiş Polşa veteranlarına hörmət etməyə çağırıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://azvision.az
archiveBu xəbər 26 Yanvar 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri