Fransa Orbana qarşı: Öz xalqının seçmədiyini...
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Fransa seçkilərdə məğlub olan Viktor Orbanın BMT-nin baş katibi vəzifəsinə bir növ kompensasiya olaraq təyin edilməsinə qarşıdır.
Axar.az xəbər verir ki, bu sözləri Fransa hökumətinin sözçüsü Stefan Demilin Viktor Orbanın BMT Baş katibi vəzifəsinə namizədliyinə münasibət bildirərkən deyib.
Fransa rəsmisi vurğulayıb ki, BMT-nin Baş katibi vəzifəsi seçkilərdə məğlub olan və öz xalqı tərəfindən imtina edilən bir lider üçün təsəlli mükafatına çevrilməməlidir.
“Fransa bu strukturun qurucularından biri olduğundan BMT-nin zəifləməsinə imkan verməyəcək. Təşkilat güclülərin hüququnu beynəlxalq ictimaiyyətə sırımağa çalışan supergüclərin addımları ilə iflic olmamalıdır.
Fransa əmindir ki, bütün xalqlar üçün ədalət və azadlıq yalnız qaydalara və beynəlxalq hüquqa əsaslanan dünya nizamı çərçivəsində təmin edilə bilər. BMT çərçivəsində əməkdaşlıq təkcə Fransanın xarici siyasət prinsiplərindən deyil, həm də ölkənin milli maraqlarından irəli gəlir”, - o əlavə edib.
Sözçü qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransa strukturda köklü şəkildə islahat aparılması tərəfdarıdır. Xüsusilə, Paris mülki şəxslərin qorunmasının zəruri olduğu hallarda Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto səlahiyyətini məhdudlaşdırmağı təklif edir.
O, Fransanın yeni BMT baş katibindən təsisata inamı sarsıdacaq addımlar deyil, onu gücləndirəcək islahatlar gözlədiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 29 Oktyabr 2026 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















