Almanlara İran şahından yadigar qalan Gelandewagen FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Bu gün İran ətrafında qızğın mübahisələr gedir. Sonuncu şahın oğlu vəliəhd Rza Pəhləvi də siyasi səhnədə tez-tez göründüyü bir vaxtda dünyada məşhur bir avtomobil modelinin İranla əlaqəsinə nəzər salmaq yerinə düşər.
Bakı küçələrində hər gün şütüyən “Mercedes G” sinfindən olan avtomobilləri hamı tanıyır. Amma çoxları bu modelin İran və ordu ilə əlaqəsi barədə yetərli məlumata malik deyil. Bir qədər əvvələ, soyuq müharibə dövrünə qayıdaq.
Avtosfer.az xəbər verir ki, 1970-ci illərdə İran şahı, daha doğrusu şahənşahı Məhəmməd Rza Pəhləvi ordunu müasirləşdirmək fikrinə düşür. Şah görürdü ki, ölkənin şimalında dünyanın ən güclü ordusu (SSRİ) dayanır. NATO üzvü olan Türkiyə də Alyansın ikinci ən güclü ordusuna sahibdir. İran ordusunun isə texniki təchizatı kifayət qədər geri qalır. Üstəgəl, həm Türkiyə, həm də SSRİ ilə sərhəddə eyni millətdən olan, atasının və özünün təqib etdiyi xalqın nümayəndələri yaşayır.
Beləliklə, şah atasının dövründə alınmış hərbi avtomobilləri yeniləmək fikrinə düşür. Yeganə seçim “Mercedes” şirkəti olur. Şah “Daimler” konserninin səhmlərinin 25%-nə nəzarət edirdi. Bu da ona qərar qəbul etmək hüququ verirdi. Təbii ki, hökmdar ağılsız adam deyildi və bu alverdən milyonlar gələcəkdi.
(Burada bir haşiyə çıxım ki, niyyətimiz şahın, yoxsa islam rejiminin daha pis və ya daha yaxşı olduğunu müzakirə etmək deyil. Müdrik Azərbaycan xalqı ilanın ağına da, qarasına da eyni nəzərlə baxır. 1946-cı ildə Təbriz əhlini qanına qəltan edən Ata Rza şahın arvadı Azərbaycan türkü idi. Bu qətliamı dini cəhətdən əsaslandırmış ayətullah Şəriətmədari də başqa bir xalqın nümayəndəsi deyildi. Xamenei ağa da azərbaycanlıdır və bu mənsubiyyət vilayəti fəqihə münasibətimizin formalaşması üçün əsas deyil.)
Beləliklə, 1970-cı ildə Ştutqarta sifariş verilir. “Mercedes” həmin vaxtadək hərbi avtomobil istehsal etmədiyi üçün Avstriyanın “Steyr-Daimler-Puch” (hazırda “Magna Steyr”) şirkətinə müraciət edir. Şah həm də qabaqcadan İran ordusu üçün 20 000 avtomobil sifariş edir. Ciddi hazırlıq başlayır və paralel olaraq 1972-ci ildə mülki bazar da öyrənilir. Məlum olur ki, avtomobilin mülki variantını da satmaq mümkündür. Lakin bir faktı qeyd edək ki, alman şirkəti bu işdə bir qədər gecikir və onu sovet “Niva”sı qabaqlayır. Bu da ayrı söhbətin mövzusudur.
Bəs şahənşahın fərmanı?
Beləcə, uzun testlərdən sonra istənilən şəraitdə işləyə bilən “Mercedes Gelandewagen” hazır olur. 4 fevral 1979-cu ildə avtomobil Fransanın Marsel şəhərində təqdim edilir. Lakin siyasi vəziyyət dəyişmişdi. Cəmi 4 gün əvvəl ayətullah Xomeyni Parisdən Tehrana qayıtmışdı. Şah isə bir neçə həftə sonra ciddi təlatümlər olan ölkədən didərgin düşmüşdü. O da atası kimi qürbətdə vəfat edir. Bu gün ailə üzvlərinin hərəsi bir ölkədədir.
Təbii ki, almaniyalı istehsalçı məşhur Azərbaycan filmindəki personajdan fərqli olaraq “bəs şahənşahın fərmanı necə olsun?” sualına cavab tapır. İranla ticarətin mümkün olmadığını görən ştutqartlı istehsalçı başqa ölkələrə müraciət edir. Argentina münasib qiymətə 800 avtomobil alır. Onun ardınca Almaniya və digər Avropa ölkələri bu maşına üz tutur. Fransa isə lisenziya alaraq onu “Peugeot P4” adı ilə istehsal edir. İsveçrə və Avstriyada isə avtomobil “Puch G” adı ilə güc strukturlarında xidmət edir.
Mülki karyera
1980-ci ildə avtomobilin belə demək mümkünsə mülki karyerası başlayır və hazırda da davam edir. Hazırda üçüncü nəsli istehal olunan modelin əsas təyinatı və prinsipləri elə orijinaldakı kimidir. Mülki versiyada əsas dəyişiklik komfortla bağlıdır. Hərbidə isə mühərrik gücləndirilir, daha proqressiv differensial tətbiq edilir. Avtomobilin az sayda olsa da, çoxlu versiyası hazırlanır.
1972-ci ildə aparılmış bazar tədqiqatının düzgünlüyü bu gün də göz önündədir. Şahın pulları hesabına layihələndirilmiş avtomobil bu gün ştutqarta milyonlar qazandırır. İslam İranında isə sonradan “Renault” və “Peugeot” möhkəmləndi. Səbəbi görmək üçün “böyük ayətullahı” Tehrana gətirən təyyarənin gövdəsindəki loqoya baxmaq kifayətdir.
Vüqar Yaşaroğlu
Oxunub 48
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 26 Yanvar 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















