Moskvada uşaqlar üçün yeni Gelandewagen sərgiləndi FOTO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın paytaxtı Moskvada keçirilən "Moskva avtoşousu" sərgisində uşaq avtomobili - "Mercedes-Benz Gelandewagen" modelinin replikası təqdim edilib.
Avtosfer.az Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə sərginin təşkilat komitəsi məlumat yayıb.
Bildirilib ki, "G Wagen P900 Rocket" adlı avtomobil 7-15 yaş arası uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulub.
"Avtomobil iki sərnişin üçün nəzərdə tutulub, icazə verilən maksimum çəki 350 kiloqramdır. Maşın iki elektrik mühərriki ilə təchiz edilib və birdəfəlik şarjla 80 kilometrə qədər məsafə qət edə bilir. "Mercedes-Benz Gelandewagen"in bu replikasının qiyməti 11 milyon rubldur (təxminən 232 min manat - red.)", - məlumatda qeyd olunur.
Qeyd edilib ki, modelə kondisioner, salonun konturlu işıqlandırılması və əyləclərin vakuum gücləndiricisi kimi bir sıra təkmilləşdirmələr əlavə edilib.
Baxış sayı:75
Bu xəbər 20 Noyabr 2025 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















