Icma.az
close
up
RU
Almatı şəhərində Beynəlxalq Tibbi Turizm Sərgisi keçirilib FOTOLAR

Almatı şəhərində Beynəlxalq Tibbi Turizm Sərgisi keçirilib FOTOLAR

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyunun 29-30-da Qazaxıstanın Almatı şəhərində ALZ Qrupun təşkilatçılığı ilə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının tərəfdaş olduğu Beynəlxalq Tibbi Turizm Sərgisi və B2B görüşlər (healthtourismexpos) keçirilib.
Sərgidə Azərbaycan sağamlıq turizm sektorunu Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyası İdarə Heyəti təmsil edib. Azərbaycan tərəfdən eyni zamanda təşkilat üzvləri “Aydin Partners”, “Palıd” şirkətlər qrupu və “OKİ Qusar hospital” da təmsil olunub.
Açılış mərasimində Türkiyə Respublikasının Almatı şəhərindəki baş konsulu Evren Müderris oğlu, ALZ Qrup İdarə Heyətinin sədri Cihad Alagöz, Almata şəhər akimatının turizm idarəsinin müavini Qaziz Tolobek, Türkiyə Respublikası Ticarət Nazirliyinin department direktor müavini Alperen Kaçar, DEİK Sağlamlıq İşi Şurasının sədri Dr. Mehmet Altuğ , Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev, Almatı şəhərinin Tibbi Turizm Assosiasiyasının sədri Raisa Nurjaubayeva və Qazaxıstan Sağlamlıq Turizm Assosiasiyasının sədri Kristina Kriveç açılış nitqi ilə çıxış ediblər.
“ALZ İnternational” tərəfindən təşkil edilən Almatı Beynəlxalq Sağlamlıq Turizmi Sərgisi Türkiyə Respublikası Ticarət Nazirliyinin “Dəstəklənən Beynəlxalq Tədbirlər”indən biridir və Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) Beynəlxalq Sağlamlıq Turizmi Sektoru Məclisi, Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Səhiyyə Şurası və İxracatçılar Birliyi (İB) kimi təşkilatlar tərəfindən dəstəklənir.
Sərgidə iki gün ərzində (28-29 iyun) MDB ölkələrindən, eləcə də Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Rusiya, BƏƏ və Almaniyadan aparıcı müəssisələrin təmsilçiləri bir araya gələrək B2B görüşü reallaşdırıblar.
İştirakçılar potensial biznes tərəfdaşlıqları qurmaq üçün sərgi iştirakçıları ilə görüşüblər. Bu tədbirin məqsədi bilikləri bölüşmək, regional təcrübəni inkişaf etdirmək, biznes şəbəkələri yaratmaq və tibbi turizm sahəsində dialoqu təşviq etməkdir.
Sərgidə B2B görüşü ilə yanaşı, MDB regionunda tibbi turizm sahəsində əməkdaşlığı gücləndirmək istəyən Qazaxıstan, Türkiyə, Azərbaycan, Türkmənistan, Gürcüstan, Koreya, Hindistan, Finlandiya və digər ölkələrin nümayəndələrinin iştirak etdiyi geniş ekspozisiya da yer alıb.
Azərbaycanın müalicəvi turizm mərkəzləri olan Naxçıvanda Duzdağ, Naftalanda, Şabranda və eləcə də Qarabağ və Şərqi Zəngəzurun turizm imkanları sərgi iştirakçılarına geniş formatda təqdim olunub.








Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 İyul 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri