Icma.az
close
up
RU
Almatıda Tibbi Turizm Sərgisi Azərbaycan da təmsil olunub (FOTOLAR)

Almatıda Tibbi Turizm Sərgisi Azərbaycan da təmsil olunub (FOTOLAR)

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyunun 28-30-da Qazaxıstanın Almatı şəhərində ALZ Qrupun təşkilatçılığı ilə, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının tərəfdaş olduğu Beynəlxalq Tibbi Turizm Sərgisi və B2B görüşlər (healthtourismexpos) keçirilib.
Sərgidə Azərbaycan sağamlıq turizm sektorunu Assosiasiyanın İdarə Heyəti təmsil edib. Həmçinin “Aydin Partners”, “Palıd” şirkətlər qrupu və “OKİ Qusar hospital” kimi təşkilat üzvləri də Azərbaycanı təmsil edən qurumlar sırasında yer alıblar.
Açılış mərasimində Türkiyə Respublikasının Almatı şəhərindəki baş konsulu Evren Müderris oğlu, ALZ Qrup İdarə Heyətinin sədri Cihad Alagöz, Almatı Turizm İdarəsinin müavini Qaziz Tolobek, Türkiyə Ticarət Nazirliyinin direktor müavini Alperen Kaçar, DEİK Sağlamlıq İşi Şurasının sədri Dr. Mehmet Altuğ, Azərbaycan Assosiasiyasının sədri Ruslan Quliyev, Almatı Tibbi Turizm Assosiasiyasının rəhbəri Raisa Nurjaubayeva və Qazaxıstan Sağlamlıq Turizm Assosiasiyasının sədri Kristina Kriveç açılış nitqi ilə çıxış ediblər.
"ALZ International" tərəfindən təşkil edilən Almatı Beynəlxalq Sağlamlıq Turizmi Sərgisi Türkiyə Ticarət Nazirliyinin “Dəstəklənən Beynəlxalq Tədbirlər”indən biridir və TOBB, DEİK və İxracatçılar Birliyi tərəfindən dəstəklənir.
İki gün ərzində (28-29 iyun) MDB ölkələrindən, o cümlədən Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Rusiya, BƏƏ və Almaniyadan aparıcı müəssisələrin nümayəndələri B2B görüşlər keçirərək gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tədbirin əsas məqsədi bilik mübadiləsi aparmaq, regional təcrübəni inkişaf etdirmək, yeni biznes şəbəkələri qurmaq və tibbi turizm sahəsində dialoqu təşviq etməkdir.
Sərgi çərçivəsində Qazaxıstan, Türkiyə, Azərbaycan, Türkmənistan, Gürcüstan, Koreya, Hindistan, Finlandiya və digər ölkələrdən nümayəndələrin iştirakı ilə geniş ekspozisiya da təşkil olunub.
Naxçıvandakı Duzdağ, Naftalan, Şabran, Qarabağ və Şərqi Zəngəzurun turizm imkanları da tədbir iştirakçılarına təqdim olunub. (Afn.az)





 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 İyul 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri