Icma.az
close
up
RU
Bakıda Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi keçirilir FOTOLAR

Bakıda Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi keçirilir FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Ekspo Mərkəzində sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") öz işinə başlayıb.

"Unikal"ın məlumatına görə, sərginin açılış mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib ki, son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib, dövlət dəstək mexanizmləri gücləndirilib, fermerlərin texnologiya və maliyyə resurslarına çıxışı asanlaşdırılıb. Fermerlərimizin müasir kənd təsərrüfatı texnikası, dəqiq əkinçilik sistemləri, rəqəmsal idarəetmə vasitələri və ekoloji təmiz istehsal texnologiyaları ilə tanış olması üçün imkanlar yaradılıb. Elçin Zeynalov qeyd edib ki, kənd təsərrüfatı və qida sənayesində innovativ həllər və yeni texnologiyaların təqdim edildiyi builki sərgidə süni intellektin tətbiqinə əsaslanan yeni həllər, ağıllı idarəetmə sisteminə əsaslanan avtomatlaşdırılmış texnologiyalar, enerji və resursqoruyucu texnologiyalar, alternativ enerji mənbələrindən istifadəyə imkan verən avadanlıqlar, iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı məhsulları və dayanıqlı təsərrüfatçılıq həllərinin nümayişinə üstünlük verilib.

Azərbaycanda iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirlərini azaltmaq, torpaq və su ehtiyatlarından səmərəli istifadəni genişləndirmək, kənd təsərrüfatını daha ekoloji və səmərəli hala gətirmək üçün innovativ yanaşmalar tətbiq edilir. Daha çox rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformalarının genişləndirilməsi, aqrar sahədə çalışan sahibkarlar üçün maliyyə və sığorta alətlərinin əlçatanlığının artırılması da bu sahədə əsas hədəflərdəndir. 

Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, dünyada baş verən qlobal iqlim dəyişiklikləri və iqtisadi-siyasi sınaqların mövcud olduğu bir dövrdə ölkəmizdə qlobal, inkişafyönümlü tədbirlər həyata keçirilir: “Son illər ölkəmizdə digər sahələrlə birgə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar, görülən işlər nəticəsində kənd təsərrüfatı və qida sənayesinin yüksəlişi daxili və xarici bazarda yeni imkanların, iqtisadi-ticari əlaqələrin daha da genişlənməsi, ölkəmizdə istehsal olunan bir sıra qida məhsullarının ixrac potensialı üçün münasib şərait yaradır”.

Sərginin açılış mərasimindəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sərgilərin KOB-ların satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasında önəmini qeyd edib. KOBİA sədri bildirib ki, 2018-ci ildən etibarən 1500-dən çox startap, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif ixtisaslaşmış yerli və xarici sərgilərdə və yarmarkalarda iştirakına KOBİA tərəfindən dəstək göstərilib. Agentlik “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərinə dəstək göstərən qurumlar sırasındadır. Əvvəlki illərdə olduğu kimi bu il də KOB-ların bazarlara çıxışının və satış imkanlarının genişləndirilməsinə dəstək məqsədilə KOBİA-nın stendində aqrar və qida sektorlarında fəaliyyət göstərən 10-a yaxın KOB subyektinin məhsul və xidmətləri təqdim edilir.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Agentliyin ixracatçılara yerli və beynəlxalq sərgilərdə iştirakına göstərdiyi dəstək haqqında danışıb, ölkəmizin bu il “Made in Azerbaijan” brendi altında bir sıra beynəlxalq sərgilərdə təmsil olunacağını diqqətə çatdırıb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib ki, Azərbaycanda aqrar sahənin inkişafı həm əhalinin məşğulluğu, həm də ölkəmizin ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə ölkədə yüzlərlə müasir aqroparklar, emal müəssisəsi, yeni istehsal sahələri yaradılıb. Nəticədə daxili tələbatın ödənilməsində yerli məhsulların payı artıb, ixrac olunan məhsulların həcmi genişlənib.

FAO-nun ölkəmizdəki nümayəndəsi Muhammad Nasar Hayat öz növbəsində ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasının əhəmiyyətinə toxunub. FAO rəsmisi əlavə edib ki, yüksək səviyyədə təşkil olunan bu mötəbər beynəlxalq tədbir qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm platforma rolunu oynayıb. O, Azərbaycan hökumətinin davamlı aqro-ərzaq sistemlərinin təşviqi, iqlim dəyişikliyi ilə mübarizəyə mühüm önəm verdiyini vurğulayıb.

Sərginin əhəmiyyətindən söz açan "Caspian Event Organisers" şirkətinin Baş direktoru Fərid Məmmədov qeyd edib ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri bu gün artıq təkcə Azərbaycanın deyil, bütün regionun aparıcı aqrar tədbirləri kimi tanınır. Bu sərgilər öz sahəsində artıq qlobal əməkdaşlıq məkanına çevrilərək, iqtisadi tərəfdaşlıqların qurulmasına və sektorun inkişafına ciddi töhfə verir.
Daha sonra nümayəndə heyəti “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar. 

Qeyd edək ki, Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edən builki “Caspian Agro” və “InterFood Azerbaijan”  sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir. Sərgilərə Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstandan şirkətlər qatılıb. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir Milli Qrupları sərgidə kənd təsərrüfatı və qida sənayesi məhsullarını nümayiş etdirirlər. 

Bu il ilk dəfə olaraq dörd gün davam edəcək “Caspian Agro” sərgisində kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayiş olunur. İştirakçılar Elektron Kənd Təsərrüfatı, robototexnika, pilotsuz uçuş aparatları, IT xidmətləri, süni intellekt, ağıllı kənd, startaplar, alternativ enerji mənbələri, “Green agro”  kimi smart bölmələrdə maraqlı məlumatlar əldə edə bilərlər.

Builki sərgidə ilk dəfə olaraq balıqçılıq və akvakultura sahəsi də təmsil olunur. “Caspian Agro” sərgisi balıqçılıq və akvakultura sahəsinin də inkişafına dəstək verəcək innovativ həllərin və qabaqcıl texnologiyaların nümayişi üçün mühüm platformadır. 

Sərgi çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə II Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək. II Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli, süni intellektin aqrar sahədə tətbiqi, aqrar sığorta sisteminin inkişaf perspektivləri, dayanıqlı qida sistemləri, kənd təsərrüfatı və qida elmləri sahəsində təcrübə mübadiləsi, innovativ kənd təsərrüfatı, aqrar sahədə qadınların rolu və digər vacib mövzular üzrə müzakirələr aparılacaq. 

Hər il olduğu kimi bu il də təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edəcəklər. Bu il ilk dəfə olaraq azad edilmiş ərazilərdə fəaliyyət göstərən fermerlər də sərgi üzrə keçirilən turlara qatılırlar. Sərgi çərçivəsində Azərbaycanın 57 rayondan fermerlər qabaqcıl texnologiyalar və yeni sənaye təcrübələri ilə tanış olmaq imkanı əldə edəcəklər.
 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:399
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 May 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri