Icma.az
close
up
RU
Alqış Musayevin reallıqdan uzaq “qəzetçiliyi”

Alqış Musayevin reallıqdan uzaq “qəzetçiliyi”

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Alqış Musayev iddia edir ki, “onlayn media hadisəni ictimai fikrə, milli şüur faktına çevirmək iqtidarında deyil”. Bu iddianı diqqətə almamaq, ona zaman sərf etməmək də olardı, çünki onlayn medianın informasiya axınına hakim olduğu mövcud reallıqda vaxt sözün gerçək mənasında qızıldır və bunu Alqış Musayevin reallıqdan uzaq iddiasına sərf etməyə dəyərmi?! 
Hərçənd ki, bu iddianın arxasında hansısa məsələyə şəxsi mövqe sərgiləmək yox, medianı müasir inkişaf tendensiyalarından saxlamağa yönəlmiş art niyyətin olduğu aydın görünür.
Birincisi, Alqış Musayev sözün bütün mənalarında “köhnə jurnalistlərdəndir”. Onun qələmini müzakirə etmək niyyətində deyilik, lakin müasir çağırışlardan kənarda qaldığı da bəllidir, bunu irəli sürdüyü iddia da deməyə əsas verir və belə görünür ki, o, köhnə sərhədlərdən çıxa, müasir medianın tələblərinə uyğunlaşa bilmədiyi üçün inkişafı yox, “yerində saymağı” seçir.
İkincisi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru olan Alqış Musayevin iddiası subyektiv yanaşmadan irəli gəlir. Yəni Musayev bir qəzet redaktoru kimi onlayn medianın qadir olduğu imkanları kölgə altına salaraq, qəzetçiliyi “qaldırır”. Bu baxımdan, onun belə bir iddia irəli sürərəkən, nə qədər səmimi və obyektiv olduğu şübhə altındandır.
Əslində Alqış Musayevin qəzetçiliyi yanlış anladığı, məsələyə texniki tərəfdən yanaşdığı da ortadadır. Qəzetçilik texniki baxımdan, çap mediasında işləmək olsa da, əsas missiyası maarifçilikdir. Maarifçilik fikirləri və ictimai maraqların qorunması çap mediasına tətbiq ediləndə bu, texniki baxımdan qəzetçilik olur, eyni missiyanı digər platformalarda – onlayn mediada, yaxud televiziya və radioda həyata keçirəndə dəyişən bir şey yoxdur. Məsələ niyyətin nə olmasındadır, bu niyyəti hansı platformada həyata keçirməkdə yox. Bu amil Alqış Musayevin ya qəzetçiliyi yalnış anladığı, ya da məsələni bilərəkdən bu formada təqdim etdiyini deməyə əsas verir. Qəzetçiliyi yanlış anladığını demək çətindir, çünki illərini bu sahəyə verib, deməli onun məqsədi bilərəkdən onlayn medianın zəruriliyinə kölgə salmaqdır. Bu da medianın müasir tələblərinə uyğunlaşa bilməməkdən qaynaqlanır.
Onlayn medianın gücünü izah etməyə, çap mediasının isə bütün dünyada arxa plana keçdiyi faktını sübut etməyə ehtiyac yoxdur. İnformasiya axınının saniyələrdən ibarət olduğu müasir şərtlərdə “bu günün xəbərini sabaha saxlayan” qəzetlərin missiyası, ümumiyyətlə ehtiyac olub-olmaması mübahisəlidir. 
Alqış Musayevin iddiasındakı “ictimai fikir və milli şüur” məsələsinə gəlincə, burada da onun subyektiv yanaşması aydın görünür. Çünki yuxarıda qeyd etdiyimiz kimi, əsas məsələ niyyətin nə olduğudur, hadisəni ictimai fikir və milli şüur faktına çevirmək istəyən media mənsubları üçün platformanın önəmi yoxdur. Bunu qəzetdə də, onlayn mediada da, ekran arxasında da etmək olar. Onlayn medianın buna nə qədər qadir olduğunu 44 günlük müharibədə də, ondan sonra xalq və dövlət üçün taleyüklü olan bütün hadisələrdə də şahidi olmuşuq. Əksinə, qəzetin ümidinə qalsaydıq, informasiya müharibəsini də uduzardıq, ictimai həmrəyliyin yaradılmasını da, milli şüurun formalaşdırılmasını da. 
Bu səbəbdən də hörmətli Alqış Musayevi texniki olaraq qəzet təfəkküründən çıxmağa çağırır, reallığa dəvət edirik.
Vaqif Hüseynli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 İyul 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri