Icma.az
close
up
RU
"Alqış Musayevin işi gücü yoxdur?" Qalmaqala səbəb olan fotonun müəllifi

"Alqış Musayevin işi gücü yoxdur?" Qalmaqala səbəb olan fotonun müəllifi

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


“Yeni Azərbaycan” qəzetinin baş redaktorunun bu şəkillərin orijinallığına şübhəsi varsa, Prezident Administrasiyasının müvafiq şöbəsinə rəsmi sorğu versin və fotoların orijinalını əldə etsin”.
Bakupost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu sözləri Ümummilli lider Heydər Əliyevin Azərbaycan Prezidenti olduğu dövrdə onun şəxsi fotoqrafı kimi fəaliyyət göstərmiş Rafiq Bağırov bildirib.
O deyib ki, Alqış Musayevin fotoşəkillərin orijinallığı ilə bağlı səsləndirdiyi fikirlər əsassızdır:
“Yeni Azərbaycan” qəzetinin baş redaktorunun işi-gücü yoxdur ki, hər dəfə bu mövzunu qaldırır. Heydər Əliyev hər gün, hətta təyyarədə olarkən belə bütün qəzetlərə baxırdı. Əgər kimsə buna inanmırsa, mənim çəkdiyim bütün şəkillər Prezident Administrasiyasındadır. Ora sorğu versinlər, tapsınlar, təqdim etsinlər. Burada qeyri-adi nə var ki?! Alqış Musayev bu fikirləri gündəmə gətirir və hamının qanını qaraldır.
Heydər Əliyev hər gün, hətta təyyarədə olanda da bütün qəzetlərə baxırdı. Alqış Musayevin deyəsən işi-gücü yoxdur?! Bir-iki dəfə onu “Yeni Azərbaycan” qəzetindən çıxarıb atıblar. İndi də təzədən nəsə qaynatmaq istəyir. Getsin, versin, məhkəməyə. Mən sözümün üstündə dururam. O boyda qəzetin 10 mininci nömrəsi çıxıb. Sən də baş redaktorsan, Bəxtiyar Sadıqovu təbrik etməkdənsə, başqa şeylər danışırsan. Onun məqsədi nədir, bilmirəm. Heydər Əliyev bütün qəzetləri, xəbərləri oxuyurdu. O, hamısından xəbərdar idi. Lentlərin hamısı Prezident Administrasiyasındadır. Getsinlər, axtarsınlar, tapsınlar”.
Qeyd edək ki, dekabrın 4-də rəsmi dövlət qəzeti “Azərbaycan”ın 10000-ci sayı çapdan çıxıb. Nəşrin manşet hissəsində Ulu öndər Heydər Əliyevin fotosu dərc edilib. Fotoda o, “Azərbaycan” qəzetini oxuyarkən əks olunub.
Amma bu foto hakim Yeni Azərbaycan Partiyasının mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alşıq Musayevin etirazına səbəb olub. O iddia edib ki, əslində həmin fotoda Ümummilli lider Heydər Əliyev “Yeni Azərbaycan” qəzetini oxuyur, “Azərbaycan” qəzeti fotonu təhrif edib.
“Bu gün “Azərbaycan” qəzetinin 10000-ci sayı çap olunub. Təəssüf ki, “Azərbaycan” qəzetinin dərc etdiyi bu foto gerçək deyil. Ulu Öndərimizin “Yeni Azərbaycan” qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib.
Bu barədə dəfələrlə deyilib, yazılıb. Amma bu saxtakarlıq dönə-dönə tirajlanır. Fotoda hər şey aydın görünür. Azərbaycan dövlətinin saxtakarlara və Vətən xainlərinə müharibə elan etdiyi bir ərəfədə belə saxtakarlıq nəyə xidmət edir?!
Hər bir foto faktdır. Fotonu dəyişmək faktı dəyişdirmək deməkdir. Faktı təhrif etmək, dəyişmək isə hüquqi məsuliyyət məsələsidir. Belə işlərlə yalnız dələduzlar məşğul ola bilər”.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bununla razılaşmayıb.
“Qəzetimizin 10000-ci nömrəsini təbrik etməyən Alqış Musayev iddia qaldırır ki, foto saxtadır, dəyişdirilib. Mən bilmirəm necə iddia qaldırmaq olar ki, Ulu öndər Heydər Əliyev “Azərbaycan” qəzetini oxumayıb, yalnız “Yeni Azərbaycan” qəzetini oxuyub? Bunu aşkara çıxarmağın çox hüquqi və ağıllı bir yolu var. Məhkəməyə müraciət olunur, məhkəmə araşdırması başlayır və həmin fotonun müəllifi olan Rafiq Bağırov bu gün də yaşayır, dəvət olunur və o açıqlama verir. Bunun həqiqi və ya saxta olduğunu yalnız müəllif deyə bilər”, – o söyləyib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Dekabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri