Icma.az
close
up
RU
“Yazıçının canı çıxsın, mənəviyyatlı olsun” SORĞU

“Yazıçının canı çıxsın, mənəviyyatlı olsun” SORĞU

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaradıcılıq və şəxsiyyət üst-üstə düşməlidirmi? Bu mövzu ölkəmizdə heç zaman birmənalı qarşılanmır. Xüsusən də yerli müəlliflərə qarşı. Amma dünya sənət adamları barədə oxucularımız bu cür düşünmür nədənsə. Bu nədən irəli gəlir?

Məsələ ilə bağlı Tribunainfo.az-ın sorğusunu cavablayan qələm adamları bir-birindən fərqli cavablar verib.

Fəxri Uğurlu

Yaradıcılıqda uğur qazanmağın üç şərti var: istedad, savad, bir də şəxsiyyət. Bunlardan hansısa axsayanda uğur bütöv, tam olmur, şikəst qalır. Deyə bilərsiniz ki, böyük yaradıcı insanların arasında şəxsiyyəti naqis olanlar da az deyil. Doğrudur, ancaq onlar məişətdə, cürbəcür həyat situasiyalarında səhvlərə, qəribəliklərə yol versələr də, mühüm ictimai məsələlərdə prinsipiallıq göstəriblər, sənətə namuslu münasibət bəsləyiblər. Əks halda dahilik zirvəsinə də ucala bilməzdilər.

Rasim Qaraca

Tarix sübut edir ki, ən naqis cəmiyyətdə də şəxsiyyətin bütövlüyünü qorumaq mümkündür. Yaradıcılığı şəxsiyyətdən ayıran insanlar adətən öz şəxsiyyətsizliklərinə bəraət qazandırmaq istəyənlərdir. Həm də bu “yaradıcılıq” anlayışı mübahisəlidir, yaxşı bir mahnı oxumaq və ya filmdə yaxşı bir rol oynamaq da yaradıcılıq sayılır. Bu insanlar özlərini şəxsiyyət kimi göstərməyəndə cəmiyyətdə çaşqınlıq yaranır. Bəzi yaradıcılıq növləri şəxsiyyət olmadan da meydana gələ bilir. Və ya, məsələn, şeir yaradıcılığında şəxsiyyətin olmamasını gərəkdirən poetik janrlar var. Tutalım ki, yaxşı qəzəl, qoşma və ya gəraylı yazmaqdan ötrü ideal şəxsiyyət olmağa ehtiyac yoxdur, hazır qəliblər içərisində çox ülvi mövzulardan nəsə yaza bilən, eyni zamanda “şəxsiyyət” tələblərinə cavab verməyən insanlar ola bilər. Yəni bəzi janrlarda əsərin meydana gəlməsi üçün şəxsiyyətin iştirakına ehtiyac yoxdur. Belə demək olarsa, arxasında şəxsiyyət durmayan yaradıcılıq təqlidə möhtacdır. Bu nəsrdə də belədir, poeziyada da, başqa incəsənət sahələrində də.

Şərif Ağayar

Yaradıcılıq və şəxsiyyət məsələsi çox ciddi və aktual bir məsələdir. Əvvəla, bizdə bəzən şəxsiyyətlə və xarakterlə xasiyyəti qarışdırırlar. Birinin xasiyyəti pis ola bilər. Məsələn, şorgöz olar, çox içər, adamlarla normal ünsiyyət qurmaz, davakar olar və s. Bunun yaradıcılığa mənfi təsir göstərdiyini düşünmürəm. Əksinə, müsbət təsiri var. Adətən qeyri-adi tiplər publika üçün daha maraqlıdır. Şarl Bodlerdən, Van Qoqdan tutmuş bizim Rəmişə, Qədir Rüstəmova qədər belə istedadlı insanlar çox olub və olacaq. Lakin şəxsiyyət və xarakter daha çox ictimai münasibətlərdə ortaya çıxır və xasiyyətlə çox az əlaqəsi olur. Yəni biri fərdi həyatında çox pis adam ola bilər, bunun bizə dəxli yoxdur, çünki onunla evlənmirik, bir evdə yaşamırıq, lakin o ictimai münasibətlərdə, öz davranışları ilə cəmiyyətə ötürdüyü mesajlarda, yəni sosial həyatında ciddi nöqsanlara yol verirsə, şəxsiyyəti problemlidir. Belə adamlar əlbəttə istedadlı bir şeir, bir hekayə yaza bilərlər, lakin heç vaxt ədəbiyyatda ciddi iş görə bilməzlər. İstedadlı adam iki xüsusiyyəti göz bəbəyi kimi qorumalıdır: sağlamlığını və şəxsiyyətini. Biz fiziki cəhətdən xəstələnəndə yaxşı yaza bilmədiyimiz kimi, eyni problemlə mənəvi xəstəliklər zamanı da üzləşirik. Natamam şəxsiyyət və xarakterdən “Ana və poçtalyon” doğula bilər, “Hay-küy və hiddət” doğula bilməz. Son yüz ildə Azərbaycan ədəbiyyatının ən ciddi problemi şəxsiyyət problemidir. Lakin bu məsələdə yalnız yazıçıları qınamaq doğru deyil. Totalitar sistemlərdə yazıçı şəxsiyyətini, yazıçı xarakterini qorumaq çox çətindir. Bunu hamı bacara bilməz. Bəs nə etməliyik? Heç nə, adamları tanımalıyıq. Şəxsiyyət və xarakterini özündən asılı olan-olmayan səbəblərdən qoruya bilməmiş yazıçılarla şəxsiyyəti və xarakteri uğrunda ölümə gedən yazıçıları eyni rəfə yığdıqca, biz özümüz də şəxsiyyətsizliyə və xaraktersizliyə qol çəkmiş oluruq. Totalitar düşüncə uzandıqca-uzanır və ədəbiyyatımıza öz amansız zərbələrini vurur. Nəticədə nə alınır? Bugünkü ədəbi mühit.

Sara İbrahim

Yaratmaq, yoxdan var etmək Allaha – Yaradana xas xüsusiyyətdir. Yaradan yalnız özünə məxsus bu kəramətini bir də seçdiyi bəndələrinə əta edib. Onlara heç kimin görmədiyini görmək, eşitmədiyini eşitmək, deyə bilmədiyini demək, yazmaq qabiliyyətini bəxşiş edib.
Rəssam fırçasıyla, bəstəkar musiqisiylə, yazıçı və şairlər sözləriylə yoxdan var edir, yaradır. Hər bir əsər onu yaradanın ruhundan doğulursa deməli, o, yaradıcısının genlərini də daşıyır. Müəllif yaratdığı əsərlərə öz xarakterindən, yaşadıqlarından mütləq nələrsə əlavə edir. Buna görə də yaradıcılıq və şəxsiyyət haqqında danışırıqsa, bunlar bir- biriylə vəhdət təşkil etməlidir. Yaradıcı şəxslər həmişə yaşadıqları cəmiyyətin qaymaqları sayılıb. Yazdıqları əsərlərlə cəmiyyəti irəli aparıb, necə deyərlər, qaranlıqda işıq olublar. Amma bunu bütün yaradıcı şəxslərə aid etmək olarmı? Suala birmənalı cavab verə bilmirik.
Yaradıcılıqla şəxsiyyət üst-üstə düşməyəndə bəzən yazılan əsərlərin ömrü yarandığı dövrün ömrü qədər olur. Gələcək nəsil özündən əvvəlki nəsli həmişə saf-çürük edir. Günümüzdə tez-tez sovet yazıçılarının “dara” çəkildiyinin şahidi oluruq.
Xarakterində qorxaqlıq olan sənət adamı azadlıq, yüksək ideyalar uğrunda mübarizə aparan bir qəhrəman obrazı yarada bilərmi? Ya da ürəyində heç bir canlıya mərhəmət, sevgi hissi olmayan bir adam misilsiz sevgi haqqında əsər yarada bilərmi?
Şarlotta Bronti “Ceyn Eyr“ də öz yaşadıqlarını, xəyal və arzularını qələmə alıb və milyonlarla oxucunun qəlbini fəth edən bir roman ərsəyə gətirib. Yüz illər keçib gedir, amma bu roman hələ də oxunur, sevilir.
Müzakirə olunan mövzunu yerli müəlliflər və dünyanın məşhur sənət adamları ilə müqayisə etməyi düzgün saymıram. Leonardo Da Vinçi dahi rəssamdır, amma dünyanın ən populyar təsviri sənət əsəri sayılan “Mona Liza” haqqında nə qədər fərziyyələr var. Bunlara inansaq, rəssamın şəxsiyyəti haqqında deyilənlər yaratdığı əsərlərin üzərinə kölgə salmalıydı. Amma Luvrda, tablonun qarşısında gördüyümüz mənzərə bunun əksini deyir.

Sevinc Elsevər

Yaxşı olar ki, yaradıcı adamın şəxsiyyəti ilə yazdıqları üst-üstə düşsün. Bu müsbət və arzulanan bir haldır. Amma əgər düşmürsə, əsas məsələ mətn olmalıdır. Biz dərziyə gedəndə onun necə insan olduğunu düşünmürük. Yazıçılardan fərqli olaraq dərzilər pulsuz iş görmürlər.
Yazıçının gördüyü iş mənəvi və qalıcı işdir. Yazıçı mənəviyyatla iş görürsə, canı çıxsın, mənəviyyatlı da olsun. Yazıçılıq bu gün dünyanın hər yerində peşə sahəsidir. Bu işdən pul qazanırlar. Bizdə isə yazıçının mənəvi tərəfi daha çox qabardılır. Sovet dönəmində müəllimləri də mənəvi dünyanın adamı kimi təqdim edirdilər. Balaca uşaqlar hələ də bu fikirdədirlər. Yazıçılardan da bu gözlənti var və əsassız deyil. Amma, gərək oxucu nəzərə alsın ki, yazıçı da insandır. Bir insana tamamən şəxsiyyətsiz və ya şəxsiyyətli insan demək olmaz. Bu situasiyalardan asılıdır. Ekzistensializm fəlsəfəsinin dərinliyinə varsaq, insanın şəxsiyyəti onun qorxaq və ya cəsarətli, ləyaqətli olmağı müəyyən situasiyalarda meydana çıxır. Bu yaxınlarda S. Vurğunu ittiham edirdilər. O situasiyaya düşməyən adamlara tənqid etmək rahatdır. Mən gəncliyimdə insanları çox asanlıqla ittiham edə bilərdim. İndi isə düşünürəm ki, təcrübəm çoxaldıqca başa düşürəm ki, ittiham etmək çox riskli bir şeydir. Mənim üçün mətn daha əsasdır. Mətnlə bərabər şəxsiyyət məsələsi də üst-üstə düşəndə nə əla…
Bu hər adama nəsib olan bir şey deyil. Təkcə sənət adamlarından yox, mənəviyyatla işini görən müxtəlif sahələrin adamları da buna daxildir.

Fəridə

Şəxsiyyətlə yaradıcılıq üst-üstə düşməlidirmi? Məncə, yox.
Əgər biz müəllifi yaradıcı insan kimi qəbul ediriksə, bizə onun yaratdıqları maraqlı olmalıdır.
Əxlaqi keyfiyyətləri, siyasi baxışı, dəyərləri, yaşam tərzi kimi şeylər onun şəxsi məsələsidir.

Bizim yerli müəlliflərin onsuz da, “əskisi tüstülüdür”.
Buna səbəb yəqin ki, sosial şəbəkələr vasitəsilə əlçatanlıqdır. Bir söz yazırsan min nəfər reaksiya verir, sözünü deyə bilirlər.
Əvvəllər biz şairi, yazıçını, digər yaradıcı şəxsləri kitabda, tv-də görə bilirdik. İndi rəssamla, aktyorla, yazıçıyla oturub yeyib-içən, statuslarda çənə döyən adam, təbii ki, qeybət də edəcək, ittiham da, ağız da büzəcək. Normaldır, məncə.

Cəlil Cavanşir

Yaradıcılıq və şəxsiyyət heç bir halda üst-üstə düşmür. Çünki möhtəşəm, tərbiyəvi, dünyanı lərzəyə gətirən əksər yazıçıların şəxsi həyatı əsla nümunəvi olmayıb. Bir yazıçının, sənət adamının şəxsi həyatı yox, yaradıcılığı önəmli olmalıdır.

Hazırladı: Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 18 Fevral 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see375

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see312

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see308

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see280

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see273

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see239

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see218

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see183

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see178

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see175

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see173

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see166

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see164

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see160

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see160

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see158

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see156

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see156

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see154

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri