Icma.az
close
up
RU
Alternativsiz gələcək rəqəmsal dünyaya keçid

Alternativsiz gələcək rəqəmsal dünyaya keçid

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan iqtisadiyyatı qlobal texnoloji yenilikləri sürətlə mənimsəyir

Dünyada iqtisadi inkişafın yeni mərhələsi rəqəmsal texnologiyaların sürətlə tətbiq edilməsi, məlumatların iqtisadi resursa çevrilməsi, istehsal proseslərinin avtomatlaşdırılması və süni intellektin qərarvermə mexanizmlərinə qovuşması ilə müəyyən olunur. Eyni zamanda, bu gün rəqəmsallaşma ayrı-ayrı müəssisələrin və ya şirkətlərin fəaliyyətinin təkmilləşdirilməsində müsbət rol oynamaqla yanaşı, milli iqtisadiyyatların rəqabət qabiliyyətini müəyyənləşdirən strateji amil kimi dəyərləndirilir.

Azərbaycan da qlobal texnoloji transformasiya prosesindən kənarda qalmır. Son illər ölkədə rəqəmsal iqtisadiyyatın formalaşdırılması, dövlət idarəçiliyində rəqəmsal həllərin genişləndirilməsi, sahibkarlıq subyektlərinin yeni texnologiyalara çıxışının asanlaşdırılması, süni intellekt imkanlarından istifadənin diqqət mərkəzində saxlanılması və sənayedə “Sənaye 4.0” yanaşmalarının tətbiqinə üstünlük verilməsi istiqamətlərində mühüm addımlar atılır.

Bu prosesin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, rəqəmsal transformasiya artıq yalnız informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı ilə məhdudlaşmır. Eyni zamanda, onun təsir dairəsi iqtisadiyyatın ənənəvi sahələrini də əhatə edir. Sənaye müəssisələrində istehsalın avtomatlaşdırılması, banklarda süni intellekt əsaslı risk qiymətləndirilməsi, kənd təsərrüfatında peyk və dron məlumatlarının dəqiq təhlilinin aparılması, su ehtiyatlarının rəqəmsal idarə olunması, səhiyyədə məlumat əsaslı xidmət və “ağıllı şəhər” modelləri tətbiqinin diqqətdə saxlanılması bunun konkret nümunələridir.

30 faizlik səmərə iksiri

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (“4SİM”) həyata keçirdiyi “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” sənayedə rəqəmsallaşmanın transformasiyası baxımından xüsusi önəm daşıyır. Sənədin əsas məqsədi yerli müəssisələrin texnoloji hazırlıq səviyyəsinin qiymətləndirilməsi, onların rəqəmsal transformasiya ilə bağlı bacarıqlarının artırılması və qabaqcıl texnologiyaların istehsal proseslərinə inteqrasiyasına dəstək göstərilməsidir.

Proqram çərçivəsində respublikamızın müxtəlif bölgələrində istehsal müəssisələri olan, eləcə də Bakı və Sumqayıt şəhərlərində iki bazası fəaliyyət göstərən “METAK” ticarət və sənaye şirkəti artıq texniki xidmətlərin göstərilməsi, eləcə də təmir prosesləri ilə bağlı rəqəmsallaşma layihələrini uğurla başa çatdırıb, istehsalın avtomatlaşdırılmasına və real vaxt rejimində idarə olunmasına imkan verən yeni texnoloji həllərin tətbiqinə başlayıb.

“4SİM”in yaydığı məlumata görə, polad boru və profil istehsalı sahəsində səmərəli fəaliyyət göstərən bu müəssisə proqramın pilot mərhələsindən etibarən rəqəmsallaşma təşəbbüsünə qoşulub. “SİM”in dəstəyi ilə burada aparılan diaqnostika nəticəsində texnoloji transformasiya üzrə prioritet istiqamətlər müəyyənləşdirilib, fərdiləşdirilmiş yol xəritəsi hazırlanıb və istehsal proseslərinin mərhələli rəqəmsallaşdırılmasına başlanılıb.

Hazırda şirkətdə polad boru və profil istehsalında soyutma, yağlama və filtrasiya prosesinin avtomatlaşdırılması üzrə yeni həll tətbiq olunur. Bunun nəticəsində istehsalda istifadə edilən məhlul sərfinin 30 faizədək azaldılması, boşdayanmaların və texniki xidmət xərclərinin aşağı salınması, avadanlıqların istismar müddətinin uzadılması və məhsul keyfiyyətinin yüksəldilməsi gözlənilir.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə icra olunan “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” təkcə sözügedən ticarət və sənaye şirkətinin işilə məhdudlaşmır. Proqramın icrası respublikadakı digər yerli müəssisələrin fəaliyyətini də əhatə edir. Bu, texnoloji transformasiyanın sürətləndirilməsi, qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsi və onların rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır.

Bütün bunlarla bərabər, proqram çərçivəsində müəssisələrin texnoloji hazırlıq səviyyəsi qiymətləndirilir, transformasiya üzrə prioritet istiqamətlər müəyyənləşdirilərək fərdiləşdirilmiş yol xəritələri hazırlanır və müvafiq texnoloji həllərin tətbiqinə dəstək göstərilir. Proqram sənaye müəssisələrində “Sənaye 4.0” yanaşmalarının tətbiqinin genişləndirilməsinə və ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verməyi hədəfləyir. Bu yanaşma, eyni zamanda, müasir sənayedə geniş yayılan proqnozlaşdırıcı texniki xidmət modelinə uyğun gəlir.

Ənənəvi yanaşmada isə avadanlıq ya müəyyən müddətdən sonra planlı şəkildə təmir olunur, ya da nasazlıq yarandıqdan sonra müdaxilə edilir. Rəqəmsal sistemlər isə avadanlığın iş rejimi haqqında məlumatların davamlı təhlilini aparmaqla nasazlığın başvermə ehtimalını əvvəlcədən müəyyənləşdirməyə imkan verir. Beləliklə, müəssisə həm gözlənilməz dayanmalardan, həm də əlavə təmir xərclərindən qorunur.

Eyni zamanda, texnologiyanın tətbiq edilməsi həm müəssisənin, necə deyərlər, müasir görünməsini, həm də müsbət iqtisadi göstəricilərin qeydə alınmasını şərtləndirəcək.

İstehsal xərclərinin azalması isə məhsulun maya dəyərinin aşağı düşməsinə və onun bazardakı rəqabət qabiliyyətinə müsbət təsir göstərəcək. Başqa sözlə, bir müəssisədə tətbiq edilən rəqəmsal həll son nəticədə digərinin daxili səmərəliyinin gerçəkləşməsinə, yerli məhsulun həm daxili, həm də xarici bazarlardakı mövqeyinin güclənməsinə xidmət edəcək.

Bank sektoru “süni intellekt”ləşib

Rəqəmsal transformasiyanın növbəti və daha mürəkkəb mərhələsi süni intellekt texnologiyalarının geniş tətbiqidir. Belə ki, əgər əvvəlki mərhələdə əsas məqsəd məlumatların elektronlaşdırılması və proseslərin avtomatlaşdırılması idisə, indiki süni intellekt mərhələsində isə sistemlərin həmin məlumatları təhlil etməsi, nəticə çıxarması, proqnoz verməsi və müəyyən qərarların qəbuluna dəstək göstərməsi ön plana keçir. Bir sözlə, bu dəyişiklik iqtisadiyyatın bütün sahələrində yeni imkanlar yaradır.

Maliyyə sektorunda kredit risklərinin qiymətləndirilməsi, kiberdələduzluğun aşkarlanması, müştəri davranışları təhlilinin aparılması və fərdiləşdirilmiş xidmətlərin göstərilməsi də süni intellektin iqtisadi səmərə yarada biləcəyi istiqamətlərdir. Azərbaycanın bank sektorunda baş verən proseslər də bu tendensiyanın ölkəmizə artıq daxil olduğunu göstərir.

Azərbaycan Beynəlxalq Bankının (ABB) fəaliyyətində süni intellektin tətbiq edilməsi xüsusi diqqət çəkir. Adıçəkilən maliyyə qurumunda sözügedən istiqamətdə həyata keçirilən layihələr bu baxımdan mühüm önəm daşıyır. Bankda ağır hesablama əməliyyatları üçün nəzərdə tutulan və 8 müasir qrafik prosessorunu birləşdirən yüksək performanslı server platformasının quraşdırılması süni intellekt infrastrukturunun yaradılması baxımından mühüm addımdır. Belə infrastrukturun əhəmiyyəti təkcə texniki imkanlarla ölçülmür. Böyük dil modelləri, sənəd analizi, geniş həcmli məlumatların emalı, çatbotlar, səsli köməkçilər və digər süni intellekt tətbiqləri üçün yüksək hesablama gücü tələb olunur.

Məlumatların ölkə daxilində yerləşən infrastrukturda emal olunması isə maliyyə sektoru üçün ayrıca əhəmiyyət daşıyır. Çünki bankların sərəncamında olan məlumatların mühüm hissəsi kommersiya baxımından həssasdır. Bu səbəbdən yerli süni intellekt infrastrukturunun formalaşdırılması həm texnoloji müstəqillik, həm də məlumat təhlükəsizliyi baxımından önəmli üstünlüklər yaradır.

ABB-nin açıqladığı məlumata görə, hazırda bankda 86-dan çox istifadəçi təcrübəsi üzrə 180-dən çox tətbiqi reallaşdırılan süni intellekt modeli əsasında 50 milyon manatdan çox müsbət maliyyə təsiri formalaşıb. Bu rəqəmlər süni intellektin artıq nəzəri və perspektiv istiqamət olması ilə bərabər, eyni zamanda, düzgün tətbiq edildiyi halda konkret iqtisadi nəticələr yarada biləcəyini göstərir.

Rəqəmsallaşmada “canlı kapital”

Süni intellektin tətbiqi bu gün bank sektoru ilə yanaşı, iqtisadiyyatın digər sahələrində də diqqət mərkəzində saxlanılır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, məşğulluğun böyük hissəsini əhatə edən kənd təsərrüfatında peyk və dron görüntülərini emal edən “ağıllı aqrar” sistemlər torpağın rütubətini, məhsuldarlığını və bitki xəstəliklərini erkən mərhələdə aşkarlamağa imkan verir. Ən əsası isə qlobal su qıtlığı fonunda regional su istifadəçiləri birliklərinin yenidən qurulması, suvarma sistemlərinin avtomatlaşdırılması və su ehtiyatlarının rəqəmsal, ədalətli paylanmasında süni intellektin tətbiqi su israfçılığının qarşısını almağa mühüm təsir göstərir.

Elvin Abbasovun bildirdi ki, bu məsələdə digər mühüm istiqamət dövlət idarəçiliyi, bələdiyyələrin rəqəmsallaşması və “Ağıllı şəhər/kənd” modelləridir. “Smart Municipality” platformalarında infrastruktur xərclərinin optimallaşdırılması, nəqliyyat axınının tənzimlənməsi, tullantıların idarə olunması və ictimai xidmətlərin rəqəmsal paylanılması dataya əsaslanan süni intellekt alqoritmləri ilə həyata keçirilməlidir. Bu yanaşma həm büdcə vəsaitlərinə ciddi qənaəti gerçəkləşdirir, həm də vətəndaş məmnuniyyətini və şəffaflığı artırır.

O, söhbətində maliyyə-bank sahəsi və səhiyyə ekosisteminin süni intellekt texnologiyalarının aktiv fəaliyyət zonasına çevrilməsinin də zəruri olduğunu diqqətə çatdırdı. Eyni zamanda, bank sektorunda böyük verilənlər (Big Data) vasitəsilə kiberfırıldaqçılıq hallarının real vaxt rejimində qarşısının alınması ilə milli rəqəmsal arxitekturanın təhlükəsizliyinin möhkəmləndirildiyini vurğuladı. Səhiyyədə isə fərdi tibbi məlumatların analizinin, eləcə də evdə tibbi qulluq xidməti göstərən startap platformalarında logistikanın, habelə pasiyent-tibb bacısı koordinasiyasının süni intellekt ilə qurulmasının əhalinin sağlamlıq keyfiyyətini kökündən dəyişdirdiyini xatırlatdı.

Rəqəmsal transformasiyanın uğuru təkcə yeni serverlərin, proqramların və avadanlıqların alınmasından asılı deyil. Burada ən vacib məsələ həmin texnologiyalardan istifadə edə biləcək insan kapitalının formalaşdırılmasıdır. Başqa sözlə, süni intellekt mühəndisləri, data analitikləri, kibertəhlükəsizlik mütəxəssisləri, avtomatlaşdırma mühəndisləri və rəqəmsal idarəetmə üzrə peşəkarlardan ibarət yeni iqtisadiyyatın əsas kadr potensialı yaradılmalıdır.

Bu baxımdan ali məktəblər, peşə təhsili müəssisələri, tədqiqat mərkəzləri və biznes arasında əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Rəqəmsal iqtisadiyyat quruculuğunda əsas hədəflərdən biri də Azərbaycanı texnologiyaları xaricdən hazır formada alan ölkədən həmin texnologiyaları yerli mütəxəssislərlə inkişaf etdirən və ixraca yönəldə bilən ölkəyə çevrilməkdir.

Respublikamızın son illər həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri də qeyri-neft-qaz sektorunun inkişaf etdirilməsi və iqtisadiyyatın şaxələndirilməsidir. Bu prosesin növbəti mərhələsində rəqəmsallaşmanın xüsusi rol oynayacağı gözlənilir. Çünki rəqəmsal texnologiyalar iqtisadiyyatın ayrı-ayrı sahələrini bir-birindən təcrid olunmuş şəkildə deyil, vahid ekosistem kimi inkişaf etdirməyə imkan verir.

Müasir sənaye müəssisəsi rəqəmsal bank xidmətlərindən istifadə edir, bank süni intellekt vasitəsilə istehsal müəssisəsinin maliyyə risklərini qiymətləndirir, aqrar şirkət peyk məlumatlarından yararlanır, logistika operatoru süni intellektlə marşrut qurur, dövlət qurumu da bütün bu proseslərin rəqəmsal platformalar üzərindən daha səmərəli koordinasiyasını həyata keçirir. Azərbaycanın qarşısında isə bu resursdan səmərəli istifadə etməklə məhsuldarlığı yüksəltmək, xərcləri azaltmaq, yerli məhsulların rəqabət qabiliyyətini artırmaq və yeni texnoloji bizneslərin formalaşmasına şərait yaratmaq kimi önəmli vəzifələr durur.

Vaqif BAYRAMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri